Menu

Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlıqlarını davam etdirir - FOTO

01.02.2021, 22:46
Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlıqlarını davam etdirir - FOTO

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun bölmələrinin də iştirakı ilə keçiriləcək “Qış-2021” təlimlərinə hazırlıqlar davam edir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

“1-12 fevral tarixlərində Qarsda keçirəcəyimiz “Qış-2021” Türkiyə-Azərbaycan birgə təlimlərinə hazırlıqlar davam edir. Hərbçilərimiz hazırlıq çərçivəsində minaatanlardan atışlar icra ediblər”, - deyə Türkiyə MN-dən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol