Menu

Ermənistan ordusunda struktur dəyişikliyi aparılacaq

03.02.2021, 11:56
Ermənistan ordusunda struktur dəyişikliyi aparılacaq

Ermənistan silahlı qüvvələrində struktur dəyişikliyinin aparılması planlaşdırılır.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Vaqarşak Arutyuyan Böyük Britaniyanın Yerevandakı müvəqqəti işlər vəkili Helen Fayzi, hərbi attaşe Toni Bramsvill və müdafiə məsələləri üzrə müşavir Kler MakKeynlə görüşdə bildirib.

Nazir Azərbaycanın Ermənistana qaytardığı hərbi əsirlərlə bağlı məsələni də britaniyalı diplomatların diqqətinə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol