Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb.
Yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur. Elmar Səidov “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.“Fireland Vineyards” MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.Məlumat üçün bildirək ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb.Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.Məlumat üçün qeyd edək ki, “Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin “Fireland Vineyards” MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.
Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var./Yeniavaz






Şərhlər
Bir qayda olaraq Əliyevlərin kadrlaının haralı olmasınıt sormağa ehtiyacmı var? ...
Hazırda Dövlətimiz ağır dövrünü yaşayır, belə ki, ruhları qarşısında baş əydiklərimiz müqəddəs Qarabağımızı azad edən Şəhidlərimiz, onların ailələrinin mənzil və dolanışıqları, Qazilərimiz və Şanlı Ordumuzun bütün heyəti, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən Xalqımız bütün çətinliklərə sinə gərərək bütün sahələrdə Qələbə qazanacaq...
Hər ikisinin yaşı öz işini görüb. Hamı bilir ki, torpağı uda bilməyəcəklər, torpaq onları uracaq. Həmin Novxanı torpağı qalacaq Novxanılılara..
Nəzarət sistemi olmayan ölkəyə çevrilmişik.Yuxarı ranqlı məmurlar 27 ildir nəzarətdən kənar niyə saxlanılır? bunun əsas səbələrindən biri qohumluq və regionçuluq deyilmi?
Bu qadının adını ve atasının adını düzgün yazın,
korrupsiys,oqurluq bu rewimin mahiyyeti budur
Axırki Mehdiyevlərə də növbə çatdı.
Səidov Elmar bu üzümlüklərin salınmasına və şərab zavodunun tikintisini şişirdilmiş qiymətlərlə tərtib edilmiş smetalarla aparılıb və onun tərəfində külli miqdarda maliyyə vəsaiti mənimsənilib, bu işə görə o həbs də olunub.
Mehdiyev haralidi?Qusardandi ya Iamayillidan yox deyesen Astaradandi