Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) çəkilməsi üçün boru alışı müqavilələri imzalanıb.
TANAP-ın təxminən 1800 kilometrlik borusu üçün elan edilən tenderin 80%-ini “Tosçelik Profil və Sac Sənaye”, “Borusansa Mannesmann”, “Erciyas Boru”, “Emek”, “Umran” və “Noksel” şirkətləri qazanıb.
“Borusansa Mannesmann-Noksel-Erciyas” Konsorsiyumu, “Ümran-Emek” Konsorsiyumu və “Tosçelik Profil və Sac Sənaye”nin olduğu 6 türk şirkəti borunun çəkilməsində tələb olunan boruların 80-ini təmin edıcəklər. Qalan qisim isə xarici tədarükçü “Baosteel Europe” şirkətinə verilib. “Baosteel Europe” Almaniyada yerləşən Çin şirkətidir.
Tenderi qazanan 6 Türk şirkət və bir Çin şirkəti ilə müqavilələr dünən imzalanıb. Müqavilələrə görə, boruların təxminən 30%-ni “Borusansa Mannesmann-Noksel-Erciyas” konsorsiyumu, təxminən 25%-ni “Umran-Emek” konsorsiyumu, təxminən 25%-ni “Tosçelik Profil və Sac Sənaye” şirkəti, 20%-ni “Baosteel Europe GmbH” tərəfindən təmin ediləcək.
DƏYƏRİNİN 1,3-1,4 MİLYARD DOLLAR OLDUĞU DANIŞILIR
Müqavilələrin cəmi dəyəri ilə bağlı məlumat verilməyib. “Borusansa Mannesmann” dünən yaydığı açılamada, “Borusan”ın daxil olduğu konsorsiyumun qazandığı polad boru tenderininin dəyərinin 420 milyon dollar olduğunu qeyd edilib. Müqavilələrin cəmi dəyərinin 1,3-1,4 milyard dollar civarında olduğu danışılır.
Azərbaycan və Türkiyənin ortaq həyata keçirdiyi Trans Anadolu Təbii Qaz Boru Xətti Proyekti (TANAP) çərçivəsində elan edilmiş boru tədarükü tenderinə 6 Türkiyə şirkəti olmaqla 19 şirkət qatılmışdı.
TANAP, Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. Cənub Qaz Dəhlizi Layihəsi ilə Xəzər dənizinin, Orta Asiya və Orta Şərqdəki təbii qaz ehtiyatlarının Avropaya nəqli hədəflənir. TANAP dəhlizin Türkiyə ərazisindən keçən hissəsidir. və layihə 2 min kilometr uzunluğunda bir boru xəttinin tikilməsini və 32 milyard kub metr həcmində təbii qazın daşınmasını əhatə edir. Təbii qazın Avropaya satışına dair imzalanmış razılaşmalardan gözlənilən gəlirin 200 milyard dollar olacağı bildirilib. İnşasının 2017-ci ildə tamamlanması planlanlaşdırılan boru xətti ilə ilk mərhələdə daşınacaq 16 milyard kub metrlik qazın 10 milyardı Avropaya, 6 milyardı isə Türkiyəyə veriləcək. /"Marja"

Şərhlər