Menu

ANAMA-nın İdarə Heyətinin sədri kollektivə təqdim olunub

05.02.2021, 09:32
ANAMA-nın İdarə Heyətinin sədri kollektivə təqdim olunub

Fevralın 4-də Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

ANAMA-dan "Report"a bildirilib ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol