Menu

“Mən, Rusiyada situasiyanın inkişafından narahatam” - Finlandiya prezidenti

05.02.2021, 13:21
“Mən, Rusiyada situasiyanın inkişafından narahatam” - Finlandiya prezidenti

Helsinkidə Finlandiya parlamentinin yaz sesiyası açılıb. Bu barədə «yle.fi» saytı xəbər verib. Koronavrusla bağlı situasiya səbəbilə, iclas zalında yalnız prezident Sauli Niinistyö və parlamentin spikeri Anu Vexvilyaynen olub.

Finlandiya prezidenti öz nitqində Rusiya ilə münasibətlərə toxunub. O, bəyan edib ki, Rusiyada vəziyyətin inkişafına narahatlıqla baxır. Onun fikrincə, Aleksey Navalnı ilə baş verənlər Rusiyanı Avropadan daha da uzaqlaşdırıb. Eyni zamanda, dövlət başçısı dialoqun davam etdirilməsinin əhəmiyyətini xatırladıb və qeyd edib ki, «Finlandiya Rusiya ilə ümumi dil tapmalıdır» - heç olmasa, birgə sərhədlərin olması səbəbilə.

Sesiyanın açılışından sonra, prezident junalistlərlə söhbətində təsdqləyib ki, Finlandiya rusiyalı müxalifətçinin azad olunmasını tələb etməkdə davamlıdır. Ancaq o, hesab edir ki, birbaşa dialoq həmişə birtərəfli bəyanatlardan effektlidir.

Xatırladaq ki, bundan əvvəl Finlandiyanın prezidenti Navalnının həbsini rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol