Bu gün səhər saatlarından etibarən Ermənistanda Zəngəzurun (Sünik vilayəti) Nerkin Xndzoreks (Xinzirək) kəndinə “azərbaycanlıların daxil olması” barədə şaiyələr dolaşırdı. Bildirilirdi ki, sərhədlərin GPS koordinatlarının köməyi ilə müəyyənləşdirilməsi prosesi zamanı həmin kəndin ətrafındakı ərazilərin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Lakin erməni rəsmiləri bu xəbərləri təsdiqləmirdi.
Nəhayət axşam saatlarında kənd icmasının rəhbəri Yervand Malunts təsdiq edib ki, Xinzirək kəndi istiqamətindəki mövqelərdən bir neçəsi sərhədlərin müəyyənləşdirilməsi prosesi nəticəsində Azərbaycana keçib.

Həmin mövqelərdə dayanmış erməni hərbçiləri geri çəkiliblər, onların yerini azərbaycanlı hərbçilər tutublar. Nəticədə hazırda kəndin evləri ilə Azərbaycan sərhədçilərinin mövqeləri arasında məsafə cəmi bir neçə yüz metr təşkil edir.
Xinzirək kəndi Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəddir. Bundan əvvəl Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı erməni tərəfi Şurnux kəndinin bir hissəsindən də çəkilməli olub. Çünki sovet dövrü xəritələrində həmin kəndin ərazisinin bir hissəsi Azərbaycanın tərkibinə daxil idi.

Şərhlər
Hal-hazirda Azerbaycanin elm ve dovlet strukturlarinda boyuk veziveler tutan Nugedi kendinin Ermenistana birleshmesinin sebebleri ne olmushdur ve onun bize qaytarilmasi olacaqmi? Agzi kopuklene kopuklene danishan hemin kendin sakinleri nece izah ede bilerler ki, onlar kollektiv erize yazib Ermenistana govushmushdular. Bu meseleler cidi tehlil olunmalidir, hakimiyyetde butun bolgeler priotet esasda temsil olunmalidir. Bu qelebenin qazanilmasinda hansi bolge chox shehid vermishse onlar niye kenarda qalmalidir.
Azərbaycanın ərazisini "zəngəzur"a və s.bölmək seperatçılıqdır.Bəlkə belə gərəksiz seperatçılıqlara son verməyin vaxtı çatıb?