Menu

Bu gündən Azərbaycanda ictimai nəqliyyat iki gün işləməyəcək

06.02.2021, 00:22
Bu gündən Azərbaycanda ictimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən fevralın 8-dək saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

“Report”un məlumatına əsasən, ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında edilən dəyişikliyə əsasən həyata keçirilir.

Mart ayının sonuna kimi ictimai nəqliyyatın hərəkəti hər həftəsonu dayandırılacaq.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol