Menu

Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin edib - FOTO

06.02.2021, 12:00
Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin edib - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib. “Report”un xəbərinə görə, dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.

Qərara əsasən, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Şərhlər

Fəxrəddin 2021-02-06 16:52:02

Hörmətli millət vəkili həmişə dövlətinin və xalqının yanındadır

Fazil 2021-02-06 11:06:45

Plkənin bacarıqlı,işgüzar və təcrübəli mütəxəssisləri tayfabazlıq,regionçuluq üzndən ölkəni tərk etmək məcburiyyətində qaldığından xarici ölkələrə miqrasıya ediblər.Yerdə qalan çobanlar isə layiq olmadıqları yüksək vəzifələrə rüşvət və digər yollarla tətin olunduğundaniyü ölkəni bərbad hala salınıb. Əgər resurslardan namusla istifadə olunsa id indikindən 2-3 dəfə artıq inkişaf olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol