Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayılın Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış olduqdan sonra Cəbrayıl şəhərinə yola düşüblər.
“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar hazırda Cəbrayıl şəhərindədirlər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara şəhərlə bağlı geniş məlumat verib.
Diplomatlar Cəbrayıldakı qəbiristanlıq, mədəniyyət evi və oradakı bütün dağıntı ilə tanış olurlar. Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yollanacaqlar.


Şərhlər
Hikmət Hacıyev, Avropa Şurasında Azərbaycanın maraqlarına zidd tövsiyə qəbul edildi, burada iddia edilir ki, Azərbaycanda etnik azlıqların hquqları pozulur,, Azərbaycan onlara oz dillərində təhsil almasına şarait yaratmalıdır və s. Bu hada nizə danışmırısnız... Bu fiaskoda öz rolunuzu görürsünüzmü? ...
Hikmət Hacıyev, artıq həftələrdən bəri AR XİN-də xaricə uzunmüddətli ezamiyyətlə bağlı imtahanlar keçirilir. Amma bun aimtahn da demək olar, sirk də demək olar... yani hər şey Mammedyarovun zamanındakı kimidir.... Sİzə də şikayət etdik, amma baxmırsınız-görmürsünüz-eşitmirsiniz... Əvəzində özünüzü belə-belə ucuz tryuklarla reklam etdirməkdən doymursunuz...
Mən Hikmət Hacıyevin fəaliyyətini çox bəyəniyəm, qeyd edim ki, biz tanış deyilik. Onun Vətənpərvərliyi, savad və qabiliyyəti bir Azərbaycanlı kimi məni qürrələndirir. Hikmət bəyə, səmimi qəlbdən, can sağlığı və xoşbəxtlik arzulayıram
cänab Hacıyev, kuratorluğunu etdiyiniz Xarici İşlər Nazirliyi də xarabalıqdır, bəli-bəli... Nədir, heyrətlənirsiniz? Heyrətlənməyin, axı Sizə də bu xarabalığın cocuğusunuz. Yüzdən çox əməkdaş illərədn bəri sərəncamda saxlanılır, ac-yalavac ve yoxsul durumda... Şikayətə-ədalətə də baxan yoxdur, aparatdakı həzrətlər isə lal və kardırlar. Necə edək, Siz özünüzün və XİN-dəki rəhbər həzrətlərin fəalliyyətsizliyini nə ilə izah edirsiniz? Fəaliyyətsizliyin özünün də qanun pozuntusu olduğunu bilirsinizmi?