“VAQİF MUSTAFAYEVİ MƏN İŞDƏN AZAD ETMİŞƏM...” – Sevil Əliyevadan “Space”-də baş verənlərlə bağlı açıqlama

“Space” telekanalının rəhbəri Vaqif Mustafayevin tutduğu vəzifədən istefa verdiyi barədə məlumatları kanalın təsisçisi Sevil Əliyeva təkzib edib.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı “Haqqın.az”-a açıqlama verən S.Əliyeva V.Mustafayevin onun tərəfindən vəzifəsindən azad edildiyini söyləyib: “Məsələ ondadır ki, “Space”-in fəaliyyəti ciddi narahatçılıq yaradırdı. Mən, əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirəm. Lakin etiraf etməliyəm ki, KİV-lərdəki çoxsaylı narazılıqlar, sərt tənqidlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi qəbuledilməz dərəcədə aşağı idi...”

S.Əliyeva deyib ki, telekanalı yaradarkən onu belə təsəvvür etmirdi: “Mən onu yaradanda bu cür görmürdüm. Bütün bunlar məcbur etdi ki, Vaqif Mustafayevin “Space”-in rəhbəri vəzifəsindən azad olunmasına dair qərar verilsin.”

“Space”-in təsisçisi bildirib ki, telekanal rəhbərlərinin özlərini “prezident” adlandırmasını doğru hesab etmir: “Heç bir ölkədə belə praktika yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz.”

Bütün bunlarla yanaşı, Vaqif Mustafayevə bir rejissor kimi hörmətinin olduğunu deyən S.Əliyeva, onun xüsusilə də Heydər Əliyev haqqında çəkdiyi “İnsanları xilas etməyə gedirəm” adlı dokumental filmini çox yüksək qiymətləndirdiyini bildirib. Həmçinin, qeyd edib ki, həmin filmin çəkilişində özü də məsləhətçi kimi iştirak edib.

S.Əliyeva sözügedən filmlə bağlı bir maraqlı məqama da toxunub. O, deyib ki, Heydər Əliyevin daha çox siyasətçi deyil, bir insan kimi təqdim olunduğu həmin filmin yayımlanmasına bəzi məmurlar imkan verməyib: “Ümid edirəm ki, indi, ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ölkə ictimaiyyəti, nəhayət, bu filmlə tanış olacaq.” Yeri gəlmişkən qeyd edək ki, uzun illər ölkə rəhbərliyində ideoloji xəttə əsasən PA rəhbəri Ramiz Mehdiyev başçılıq edib...

“Space”-in yeni rəhbərinin kim olacağına dair suala cavab verən S.Əliyeva deyib ki, bu şəxs artıq seçilib və tezliklə onu kollektivə, eləcə də ictimaiyyətə təqdim edəcəklər.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Elsevər Elli 2021-02-07 18:53:46

"İnsanlar xilas etməyə gedirəm", hədsiz qayğı! Rejissor ssenari üzrə göstəriş verir, rolları icra etdirir! Amma, rejisor mətbuat kimi belə insanları öyrənə bilmir və yalnız görünməz ssenaristiin düşüncəsini icra edir?

Rüstəm Qalib oğlu Nəbiyev 2021-02-07 12:31:29

"Prezident" sözünü dəyərdən salmaq olmaz!!!! Yalnız ölkə başçısı prezident olmalıdır. Telekanalın "prezident"i , Azərselin "prezident"i, Nə bilim, şirkətin, işığın, suyun, qazın, və s. və ilx. Bütün prezidentlər dəyişdirilsinŞ olsun Baş direktor.

Türk 2021-02-06 23:16:36

Bu məmurları yığıb komjna bir atom bombası atılsa bəlkə bu millətin canı qurtarar

TARIX 2021-02-06 19:30:48

VAQİF MÜƏLLİM GÖRKƏMLİ REJİSOR SAF VƏ GÖZƏL İNSANDIR.ONUN ƏSƏRLƏRİ İNSANI DƏRİNDƏN DÜŞÜNDÜRÜR.

Mehdi 2021-02-06 17:18:58

Cooox duz eləmisiniz.Coxdan qovulmali idi.Əlindəkini də alsalar lap yaxsi olar.O da oliqarx kimi bir seydi.Dövlətin onda da cox pulu var.

Zahir 2021-02-06 16:53:03

Sevimli Sevil xanım YAP-in da təmizlənməsində fəal iştirak etsə çox yaxşı olar....

faiq 2021-02-06 16:29:23

Sevil xanim Heyder Eliyev ailesinden en cox sevdiyimiz insan kimi Respublikanin heyatinda onemli rol oynamaqinizi isterdik.

Roma 2021-02-06 15:01:32

Speys kanalı əvvəlki rəhbərliyi dövründə çox maraqlı və baxımlı kanal idi, yəni o biri kanallardan heç də geridə qalmırdı. Vaqif Mustafayevin dövründən o kanala baxmıram. Çox düzgün edilib o, kənarlaşdırılıb. Bəli Ulu Öndər haqqında çəkilən həmin film səviyyəlidir və güman edirəm ki, o film təkcə Vaqifin zəhməti deyildir, belə ki, əgər bu yalnız Vaqifin əməyidirsə onda birdən-birə bu istedad necə oldu ku, itdi?...

Son yazılar