Menu

"Cəbrayıldakı qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır" - Xorvatiya səfiri

06.02.2021, 14:59
"Cəbrayıldakı qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır" - Xorvatiya səfiri

“Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır”.

“Report” un işğaldan azad olunan ərazilərə ezam olunan müxbirinin verdiyi xəbərə görə, bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol