Menu

"Beynəlxalq təşkilatların azad edilən ərazilərdən hesabat hazırlamalarını istəyirik" - Hikmət Hacıyev:

06.02.2021, 22:03
"Beynəlxalq təşkilatların azad edilən ərazilərdən hesabat hazırlamalarını istəyirik" - Hikmət Hacıyev:

“Ermənistan bütün dini abidələri, həmçinin məscidləri yerlə yeksan edib. Nəinki məscidləri, həmçinin kilsələri, rus ortodoksal kilsəsini...Ancaq mən fəxrlə deyə bilərəm ki, ölkəmizdə bütün dini abidələr – məscidlər, kilsələr, sinaqoqlar yan-yana fəaliyyət göstərir. Biz tam qətiyyətlə yenidənqurma və bərpa işləri aparacağıq”.

“Report” xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz Azərbaycanın tərəfdaşı olduğu ölkələrin, beynəlxalq təşkilatları rekonstruksiya işlərinə dəvət edir, onları bu prosesdə görmək istəyirik. Həmçinin beynəlxalq təşkilatların, xüsusən YUNESKO və digərlərinin faktaraşdırma prosesində iştirakını, onların əraziyə səfər etmələrini və hesabat hazırlamalarını istəyirik. Onların ermənilərin bu mədəni, dini abidələri necə dağıntılara məruz qoyduqlarını sənədləşdirmələrini istəyirik.

Otuz ilə yaxındır ki, beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edirdik ki, bununla bağlı faktaraşdırma missiyaları göndərsinlər. Lakin bu heç vaxt baş tutmayıb”, - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Şərhlər

Eli 2021-02-07 00:10:05

İnsan dehşete gelir30 ilden artıq bir müddetde dünya birliyi BMT ATET M Q ve figer teşkilatlar Qaranağın viran olunmasına göz yımub kime inanasam kime mezlumların sözünü çatdırasan.Klinton ABŞ prezidenti olanda Bakıda gece barlarının birinde onın partiyasından plan bir qeyi öldürmüşdiler o heqiqeten qey idi .Amerikadan iki güne tehlükesizlik orqanlarının adamları gelib bir neçe güne canını tapın öeseleni hell edib getdiler çünki o xristian idi vessala

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol