BAKI METROSU BU TARİXDƏN AÇILIR? - Rəsmi açıqlama (Yeniləndi)

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Bakı Metropoliteni” QSC-dən APA-ya bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib.

Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

“Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir. 

***

“Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib. Bu barədə modern.az saytına metropoliten işçiləri bildiriblər.

Məlumatda deyilir ki, “Bakı Metropoliteni” stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərarı önmüzdəki həftə ictimaiyyətə elan ediləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi. Orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edib.

Qeyd edək ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti koronavirus pandemiyası ilə əlqədar dayandırlıb.

Belə ki, 2020-ci martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.

4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir...

635x100

Şərhlər

Türk 2021-02-07 21:32:33

6 bazar nəqliyatın işləməməsini başa düşə bilmirəm. Bu kasıb əhaliyə qarşı bir qəsddir. Varlıların maşını var,bu qərarı çıxaranlar da talançı məmurlardır hərəsinin 20  maşını var. Ancaq yetim yesir məcbur olur 10 km-lə yolu piayda gedir. 

Semed 2021-02-07 21:11:01

İndiki gelenden sonra Tağının atasına rəhmət oxumaq başladılar.lazoimsiz reklamlardan başqa metroya heç

Vətəndaş 2021-02-07 17:49:06

Şükür o böyük ALLAHA! ALLAHIMIZ bizi bu xəstəlik adlandırılan bəladan qurtarın qayıdaq normal həyata

Roma 2021-02-07 14:38:27

Tağı müəllimin yeri məlum...

Son yazılar