Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) Baş həkimi işdən çıxarılıb.
Unikal.org-un məlumatına görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.
Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısının həyat yoldaşıdır.


Şərhlər
Səlim Müslümov vaxtilə yataqxanada, sadə kasıb bir vəziyyətdə yaşayıb. Sonra vəzifələr, rüşvət və korrupsiya, qohum-əqrəbanın əksəriyyətinin vəzifələrə yerləşdirilməsi və s. və s....müvəffəqiyyətdən başgicəllənmə...