Menu

ƏJDƏR OL SAXLANILDI! - Vaxtı ilə Səlim Müslümovun "sağ əli" hesab olunurdu

08.02.2021, 20:36
ƏJDƏR OL SAXLANILDI! - Vaxtı ilə  Səlim Müslümovun  "sağ əli" hesab olunurdu

Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.  Bu barədə Kulis.az -a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.

O, bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.

Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əjdər Ol Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləməklə yanaşı, onun "sağ əli" hesab olunurdu. Müslümovun "yığım əməliyyatlarının" əsasən onun vasitəsi ilə reallaşdırıldığı bildirilirdi.

Bundan əlavə Əjdər Olun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrinə aylıq "haqq" qoyduğuna dair də çoxsaylı məlumatlar yayılmışdı.

AzPolitika.info

Şərhlər

Gülayə 2021-02-10 16:17:04

Əjdər Olun aparat rəhbəru işlədiyi illərin sosial xidmətlərlə bağlı layihələri yoxlanılsa görünəcək ki hər il eyni qht-lər müsabiqə qalibi olublar. Bu o deməkdir ki. iqtisadiyyat şöbəsi Əjdər müəllimin tapşırığı ilə eyni qht-lərlə işləməyi daha uyğun hesab edibl.çünki "qalib" qht-lər 30 faizlə işləyiblər. Digərləri isə yaxın buraxılmayıblar.

Roma 2021-02-09 21:25:59

Mənsimova və Qara adı ilə yazanlara: mən şübhə etmirəm sizin yazdıqlarınıza, QHT üzrə layihələrə ayrılan vəsait və "əyyaş Səlim Müslümovun yeyib içmək məclislərində erotik şerlər deməyi. Əjdərin sandıq şerləri var ki bu hakimiyyəti ən alçaq şəkildə " VƏSF" edirdi.lər və s..." Bu insanın neçə sifəti olarmış və yəqin bu vəzifələrə qədər çörək və s. görməyibmiş...

vətəndaş 2021-02-09 19:37:44

Hamıya məlumdur ki, Əjdər Olun sosial xidmətlər layihələrində dəllalı "Ümid Yeri" Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Nigar Mənsimova idi. QHT-lərdən "haqqı" da Nigar yığıb iqtisadiyyat şöbəsinin müdiri Şəlaləyə verirdi. Şəlalə də təbii ki, öz haqqını götürüb Əjdər müəllimə verirdi. Söhbət 100 min manatlardan gedir.

İ.Mustafaoğlu 2021-02-09 18:22:39

Əjdər Ol kimi adamların yeri türmədir, ayrı yer onlara layiq deyil....

Mənsimova 2021-02-09 13:49:31

Əjdər Olun nazirlikdə sağ əli iqtisadiyyat şöbəsinin müdiri Şəlalə adlı bir xanım və Dəyanət adlı işçisi idi. 30 faizdən qht-lərə sosial xidmətlər adı altında bəıri başdan 30 faizi Dəyanət vasitəsi ilə qht-lərdən alırdılar. Layihələrə nəzarət flan yox idi. Əjdər ola yaxın elə qht var idi kiş eyni müsabiqədə ona 2, 3 layihə verilirdi. 2014-2015-2016-cı illərin sosial xidmət layihələri yoxlansa bu özbaşınalıqların şahidi olacaqlar. Elə "Ümid Yeri" Xeyriyyə Cəmiyyətinin layihələri buna nümunədir.

RT 2021-02-09 07:20:26

Adamada oxshamir (((((

Eli 2021-02-08 22:47:51

Heç ne alınmayacaq “Şair” beraet alacaq.Deyin niye?Men bildiyime göre hörmetli Müslümov Selim “Solaxay” olub.Bir de ay qardaş be le şair olar rüşvetxor şair .İndi gel rehmetlik Bextiyara da Şair de buna da.Vallah bu dünyada deyesen mizan terezi pozulub

ejder 2021-02-08 22:16:58

aye bu oqru memurlar doqquz ilden sonra niye yada duwufler

Qara 2021-02-08 21:56:34

Əjdər Cəbiyev bu mərtəbəyə, var dövlətə əyyaş Səlim Müslümovun yeyib içmək məclislərində erotik şerlər deməklə çatıb.Əjdərin sandıq şerləri var ki bu hakimiyyəti ən alçaq şəkildə " VƏSF" edirdi.Nazirlikdə YAP sədri idi və bu vəzifəni də Əli Əhmədov dan satın almışdı.Əli Əhmədov YAP-i beləcə sataraq alcaqlarla doldurdu...İndi Əli Qlafda gizlənir.....

Sabir 2021-02-08 21:44:39

Əjdər Cəbiyev insan cildinə girmiş əsil iblis idi desəm buna inanın.60 yaşım var ancaq bunun qədər qeyri insani xüsusiyyətləri özündə cəmləyən və onu gizlədə bilən ikinci birisini görmədim.Əjdərin Yığdığı rüşvətin məbləğini heç bəzi nazirlər büdcəni tapmaqla qazanmayıb,İNANİN. Amma elə maskalanir ki sanki bir tikə çörəyə möhtacdır.Naxirlikdə həm də YAP-in sədri idi.

Şahin 2021-02-08 21:10:31

Kadrlar şöbəsinin müdiri Əsədov Qurbanəlinin əmək kitabcası saxta idi.Avto-texniks firması və digər firmada məsləhətci işləməyi saxtadır.Vaxtalilə bu nazirlikdən ixtisara düşüb.Əjdərə pul verib DSMF-yə düzəlmişdi

Roma 2021-02-08 20:59:44

Əjdər Ol, bir şair kimi respublika ictimaiyyəti, xüsusilə şair-yazıçıları arasında kifayət qədər tanınırdı və mən təəssüf edirəm ki, yaradıcı ziyalı adam elə bir işlə məşğul olubdur...

t.ədalət 2021-02-08 20:47:42

Əjdər Ol görkəmli naşir Əjdər Xanbabayevin qohumudur, qız alıb.Ona görə də çox irəli getmişdi.Ancaq Səlim Müslümova qoşulandan sonra əvvəlki nüfuzunu ləkələdi.O qədər rüşvətə aludə olmuşdu ki,hətta nazirliyin işçilərini zorla çıxartdırıb yerini satırdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol