Menu

Almaniya yenidən silahlanır - Müdafiə xərcləri 3,2 faiz artırılır

09.02.2021, 00:02
Almaniya yenidən silahlanır - Müdafiə xərcləri 3,2 faiz artırılır

Almaniyanın müdafiə büdcəsi 2021-ci ildə 53,03 milyard avro təşkil edəcək. Bu, ötən ildəkindən 3,2 faiz çoxdur. Bu barədə Almaniyanın «Das Erste» dövlət telekanalı xəbər verib.

NATO-da ümid edirlər ki, Almaniya kimi ölkələrdə müdafiə xərclərinin artması Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa arasındakı mübahisədə (alyans daxilində xərclərin paylanması) çəkişmə dərəcəsini aşağı salmağa kömək edəcək. NATO-nun Baş katibi Yens Stoltenberq dəfələrlə qeyd edib ki, bu mövzu üzrə ABŞ-ın yeni prezidenti Co Baydendən də təzyiq gözləyir.

Telekanal xatırladır k, Baydenin sələfi Donald Tramp NATO-nun avropalı həmkarlarına yönəlik xüsusilə güclü təzyiq siyasəti həyata keçirib. 2018-ci ildə o, əgər NATO-nun bütün üzvlərinin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmayacağı təqdirdə, hətta ABŞ-ın alyansdan çıxmasını da istisna etməyib.

Almaniyanın müdafiə xərcləri 2020-ci ildə ÜDM-in 1,57 faizi qədər olub. 2019-u ildə isə bu göstərici 1,36 faiz təşkil edib.

Xəbər verildiyi kimi, Almaniya Avropa syasətində daha da fəal rol oynamağa can atır və Aİ-da liderliyə iddia edir. Bu planda ona Fransa fəal mane olur. Almaniya mübahisəsiz iqtisadi liderdir, ancaq iki dünya müharibəsində məğlub olması Fransa ilə müqayisədə onun suverenliyinin ABŞ-ın xeyrinə əhəmiyyətli dərəcədə pozulmasını şərtləndirib. Üstəlik də Fransa Almaniyadan fərqli olaraq, nüvə silahına malikdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol