Qəzza zolağında daha bir müharibənin baş verməsi qaçılmazdır, lakin onun vaxtı hələlik məlum deyil.
SalamNews-un "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İsrailin sabiq müdafiə naziri Moşe Arens bildirib.
M.Arens Qəzzada yenidənqurma üçün donorların keçirdikləri toplantının nəticələri, eləcə də İsrailin sözügedən məsələ ilə bağlı getdiyi güzəştlərə irad tutub.
Onun sözlərinə əsasən, Qəzzanın yenidən qurulması adı ilə verilən maddi vəsait və təchizat sonda Fələstinin silahlı hərəkatlarının əlinə düşəcək.
Sabiq israilli nazir İsrailin Qəzzaya qarşı həyata keçirdiyi son döyüşün çox uzun çəkdiyini də tənqid edərək söyləyib ki, Qəzzaya qarşı müharibə maksimum bir həftə çəkməlidir.
Bildirək ki, İsrail 2007-ci ildən etibarən, yəni Fələstinin HƏMAS müqavimət hərəkatının Qəzzada hakimiyyətə gəlməsindən sonra zolağa qarşı üç dəfə müharibəyə girsə də, bu cəhdlərdən heç birində HƏMAS-ı oradan çıxara bilməyib.


Şərhlər