BEŞ HƏRBİ QULLUQÇUMUZ MİNAYA DÜŞDÜ - Polkovnik-leytenantın ayağı amputasiya edilib + FOTO

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb. Hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib. Məlumat Müdafiə Nazirliyindən verilib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Xalq 2021-02-09 14:18:36

alçaq erməni öz başınıza gəlsin, qanızı itdər yalasın!

Vətəndaş 2021-02-09 14:17:44

Ay qardaş Bakının, Xırdalanın küçələri sahibsiz itlərlə doludur. Aparıb hərəsinə sürütdəmək üçün bir şey bağlayıb buraxsınlar minalı ərazilərə. Həm Bakı təmizlənsin, həm də ərazilər.

Son yazılar