Menu

Fransa "münasib vaxtda" Fələstin dövlətini tanıyacaq

15.10.2014, 11:22
Fransa "münasib vaxtda" Fələstin dövlətini tanıyacaq

Oktyabrın 14-də Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, "iki xalq üçün iki dövlət" prinsipi ilə Fələstin dövlətinin tanınması sözün əsl mənasında sülhün bərpasına kömək edə bilər.

Bu barədə "France 24" yazır.

Bu yaxınlarda Britaniya qanunvericiləri Fələstinin dövlət kimi tanınması üçün simvolik səsvermə keçiriblər. Fabius bildirib ki, Fransa da "münasib vaxtda" bu addımı atacaq.

"2 dövlət (İsrail və Fələstin) olmalıdır deyiriksə, sözsüz ki, Fələstin dövləti tanınmalıdır. Əsas məsələ atılacaq addımlar və bunların hansının daha səmərəli olmasıdır. Biz rəmzi mənada deyil, real olaraq sülhə yardımçı olmaq istəyirik", - Fabius Milli Assambleyanın aşağı palatasında bildirib. Fabius deyib ki, "münasib vaxt" danışıqlar üzrə bütün səylər tükəndikdən sonra gələcək.

Qeyd edək ki, müzakirələr İsrail və Fələstin arasında sülh danışıqlarının baş tutmaması və bu il Qəzza münaqişəsində 2000 fələstinli və onlarla israillinin öldürülməsindən sonra başlayıb. Britaniyada səsvermə İsveç yeni Fələstin dövlətini tanıyacağını bildirdikdən sonra keçirilib. İsrail və ABŞ isə İsveçin addımı tənqid ediblər.

"AFP" agentliyinə görə, Fələstin dövlətini dünyada 112 ölkə tanıyır. Fələstin isə bu rəqəmin 134 olduğunu bildirir. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol