Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...

Seymur VERDİZADƏ

Orta məktəbdə oxuyanda müxtəlif mövzularda inşa yazırdıq. Mövzular, adətən, eyni olurdu: “SSRİ mənim vətənimdir”, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “İnsanı əmək ucaldır”.

Bəzən fəsillərə görə mövzular da dəyişirdi. Amma ideoloji xətt heç vaxt dəyişmirdi. SSRİ adlanan vətənimizi, onun ucsuz-bucaqsız səhralarını, yeraltı və yerüstü sərvətlərini vəsf etmək boynumuzun borcu idi. Ən çox da zəhmət adamlarından yazmalıydıq. İldə ən azı iki dəfə bu mövzuda qələmə sarılırdıq: “İnsanı əmək ucaldır”.

Bizə deyirdilər ki, çox uzağa getməyin, elə öz kəndimizin zəhmətkeş simalarından yazın. Mən də həmişə rəhmətlik İbrahim dayıdan, Şamama xaladan, Famil kişidən, Tamara arvaddan yazırdım. Onlar bizim yaxın qohumlarımız idi, tez-tez evlərinə gedib-gəlirdik. Buna görə də yazdıqlarıma özüm də inanmırdım. İbrahim dayının işləməkdən əlləri qabar bağlamış, sifəti qırışmışdı. Doğma torpağa qayıtmaq arzusuyla yaşayan, buna görə də Əzrayıla təslim olmayan Tamara arvadın isə hələ kənddəykən gözünün nuru getmiş, beli bükülmüşdü. Əmək onları nəinki ucaltmışdı, əksinə, vaxtından əvvəl qocaltmışdı...

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Ucarda təsərrüfatla məşğul olduğunu eşidəndə öz kəndimizin zəhmət adamlarını xatırladım. Məni qınamayın, Ziya müəllim kənddə yaşasa da, heç mal-qara saxlayan, əkin-biçinlə məşğul olan adama oxşamır. Mən zəhmətkeş insanı üzünün nurundan tanıyıram. Kənd adamının üzündən əzab-əziyyət yağar, yağ dammaz.

Əcəba, Ziya müəllimin arpa əkməyə, sünbül dərməyə ehtiyacı varmı? Nazir işlədiyi dövrdə dövlət büdcəsindən ən çox vəsait onun işlədiyi quruma ayrılırdı. Bəzən ayrılan vəsaitin həcmi 2 milyard dolları ötürdü. Necə işlədiyi isə hamıya məlumdur. Vaxtilə QHT sektorunda çalışdığım üçün təxminən 10 il Qubaya ayaq döydüm. Gözlərimin şahidiyəm: Məmmədov yoldaş payızda çəkdiyi yolu yazda sökürdü. Yolları sökə-sökə həm də büdcəni sökürdü...

Ziya Məmmədovun oğlu Anar Məmmədovun Direktorlar Şurasının sədri olduğu “Garant Holdinq”ə 17 şirkət daxil idi. Azərbaycanda və xaricdə sahib olduqları mülklərin, restoranların, otellərin sayını isə özlərindən başqa heç kim bilmir. Siz bu qədər sərvəti olan adamın dolanmaq üçün arpa, buğda, yonca əkdiyinə inanırsınızmı? Doğrudanmı, Ziya müəllim qısır danaya, yumurtadan kəsilmiş beş-altı fərsiz toyuğa gözünü dikib?

Ziya Məmmədov mal-qara saxladığını xüsusi vurğulayır. Allah bərəkətini artırsın. Amma bizi sürüsündəki qoyunlarla dəyişik salmasın. Biz hərf tanıyan, yazıb-oxumağı bacaran adamlarıq. Təkcə burdakı deyil, ordakı şirkətlərin də adını bilirik...

Ağsaqqal, ölkə müharibədən yeni çıxıb. Daşı daş üstə qoymaq, qurub-yaratmaq lazımdır. Sən də əlini daşın altına qoy...

(Yenisabah)

635x100

Şərhlər

Veteran 2021-03-20 21:17:36

Seymur müəllim kimdir günahkar?

vətənpərvər 2021-02-20 18:27:05

aye qoysanız bu kişi öz işini görsün.dolanmaq çətindir əkin biçinlə məşğul olmaq lazımdır. axı bu şanlı komandanın bərk gedən əsgəri idi

Moshu 2021-02-10 20:47:54

Çox sağ olun Seymur bəy, çox yığcam, lakin məzmunlu və hər bir azərbaycanlını düşündürən yazıdır. Əllərinizə sağlıq, var olun. Rus yazıçıs Leonov bir yazısında qeyd edir ki, yol, haradan hərəkətə başlamısınız, bir müddət getdikdən sonra dayanın və arxaya baxın, görün bu yolu Siz haradan başlamışdınız. Çox ibrətamiz ifadədir. Bu bizim nazirlər, komitə sədrləri dünyaya qədəm qoyanda analafrı onları nə nazir kimi, nə də Komitə sədri kimi doğmuşdur. Məs., bildiyim qədər Ziya Məmmədov vaxtı ilə Gəncə dəmir yolunda səhv edə bilərəm ya sadə maşinist işləyib, ya da sıravi işçi. Etibar Pirverdiyev sadə elektrik avadanlıqları satan alverçi olub. Bəylər Əyyubov Dəllər dəmiryolunda adi dəllək işləyib, Kəmaləddin Heydərovun da kim olduğunu bütün Azərbaycan xalqı bilir. Burada hansısa qəbahət görmürəm, bu normal haldır. Belə insanlar keçdikləri yolu unudanda nə vaxtsa, haradasa Allahın qəzəbinə gəlirlər.Söhbət Ziya Məmmədovdan düşdüsə, elə onunla da davam edək. İnsan nə qədər enlənə ki, əndazəsindən kənara çıxa, sadə həmvətənlərini elə qoyun gözündə görə, unuda ki, vaxtında o kim olub. Əgər Allah səni öz mərhəməti ilə mükafatlandırıbsa, səni zirvələrə qaldırıbsa niyə keçmişini unudursan. Nazir oldun, lap yaxşı. Konkret işinlə məşğul olmaq əvəzinə qardaşını, sənə yaxın olan xanımı deputat elətdirirsən. Təkcə Ziya Məmmədov deyil əksər nazirlər bu vəziyyətdədirlər. Oğlu Anarın hansı hoqqalardan çıxdığı heç kim üçün sirr deyil. Bu bəy hansı keyfiyyətlərinə görə belə geniş imkanlara malikdir. Bir adamın Holdinqinə neçə şirkət daxil ola bilər. Belə olan halda nənəm də cızığından kənara çıxar, erlə çıxar ki, o Azərbaycandan da kənarda məşhur nənə olar.Mən demirım ki, bütün nazirlər, komitə sədrləri bir sərəncamla vəzifələrindən azad olsunlar. Bu mümkün olası da deyil. Təsəvvür edin, naziri işdən azad edirlər, o da şələ-şüləsini götürüb çıxıb gedir xarabasına. Lap elə Səlim Müslümovu götürək. Bu adamın kriminal keçmişi ola-ola gətirib əvvəlcə komitə sədrinə müavin təyin etdirirlər, sonra da nazir qayırırlar. Mənə Azərbaycanda elə nazir və ya komitə sədri göstərin ki, həqiqətən də iştimai marağı şəxsi maraqlarından üstün tutsun. Bu gün ölkə başçısının əlinin üstündə başqa əl yoxdur, O, söz sahibidir, hazırda xalqın sevimlisinə çevrilib. Arzu edərdim ki, belə də qalsın. 44 günlük müharibədə büdcəmizdən kifayət qədər maliyyə vəsaitləri xərcləndi. Nə Qarabağa yardım fondu, nə Yaşat fondu bu çatışmazlıqları aradan qaldırası deyil. Qalır bir yol, vəzifədən azad olunan məmurlar büdcəni doldurmaqda yardımçı olmağa dəvət olunsunlar. Maraqlıdır, bunların hansının oğlu, nəvəsi ikinci Qarabağ müharibəsində iştirak edib. Bildiyim qədər Səfərbərlik və Hərbi xidmətə çağırış xidmətinin yerli şöbələri bu müharibədə çoxlu Allahsızlıq ediblər, Onlar da bu kampaniyada iştiraka dəvət edilməlidirlər. Bir sözlə, artıq ciddi düşünmək vaxtıdır

Moshu 2021-02-10 20:47:04

Hörmətli Admin, Sizin işlərinizə valeh olmuşam. Hərdən elə operativ hərəkət edirsiniz, hərdən də nədən ehtiyatlanmanızı anlaya bilmirəm. Bu millətin bədbəxtçiliyi ondadır ki, nədənsə qorxur, deyiləsi sözü içində boğur və özünü dərdə salır. Elə aktual mövzuları gündəmə gətirirsiniz ki, reaksiya verməmək olmur. Fikrimi bir daha Sizə təkrar olaraq göndərirəm. Dərc edib-etməmək Sizin üzə

Moshu 2021-02-10 19:42:20

Çox sağ olun Seymur bəy, çox yığcam, lakin məzmunlu və hər bir azərbaycanlını düşündürən yazıdır. Əllərinizə sağlıq, var olun. Rus yazıçıs Leonov bir yazısında qeyd edir ki, yol, haradan hərəkətə başlamısınız, bir müddət getdikdən sonra dayanın və arxaya baxın, görün bu yolu Siz haradan başlamışdınız. Çox ibrətamiz ifadədir. Bu bizim nazirlər, komitə sədrləri dünyaya qədəm qoyanda analafrı onları nə nazir kimi, nə də Komitə sədri kimi doğmuşdur. Məs., bildiyim qədər Ziya Məmmədov vaxtı ilə Gəncə dəmir yolunda səhv edə bilərəm ya sadə maşinist işləyib, ya da sıravi işçi. Etibar Pirverdiyev sadə elektrik avadanlıqları satan alverçi olub. Bəylər Əyyubov Dəllər dəmiryolunda adi dəllək işləyib, Kəmaləddin Heydərovun da kim olduğunu bütün Azərbaycan xalqı bilir. Burada hansısa qəbahət görmürəm, bu normal haldır. Belə insanlar keçdikləri yolu unudanda nə vaxtsa, haradasa Allahın qəzəbinə gəlirlər.Söhbət Ziya Məmmədovdan düşdüsə, elə onunla da davam edək. İnsan nə qədər enlənə ki, əndazəsindən kənara çıxa, sadə həmvətənlərini elə qoyun gözündə görə, unuda ki, vaxtında o kim olub. Əgər Allah səni öz mərhəməti ilə mükafatlandırıbsa, səni zirvələrə qaldırıbsa niyə keçmişini unudursan. Nazir oldun, lap yaxşı. Konkret işinlə məşğul olmaq əvəzinə qardaşını, sənə yaxın olan xanımı deputat elətdirirsən. Təkcə Ziya Məmmədov deyil əksər nazirlər bu vəziyyətdədirlər. Oğlu Anarın hansı hoqqalardan çıxdığı heç kim üçün sirr deyil. Bu bəy hansı keyfiyyətlərinə görə belə geniş imkanlara malikdir. Bir adamın Holdinqinə neçə şirkət daxil ola bilər. Belə olan halda nənəm də cızığından kənara çıxar, erlə çıxar ki, o Azərbaycandan da kənarda məşhur nənə olar.Mən demirım ki, bütün nazirlər, komitə sədrləri bir sərəncamla vəzifələrindən azad olsunlar. Bu mümkün olası da deyil. Təsəvvür edin, naziri işdən azad edirlər, o da şələ-şüləsini götürüb çıxıb gedir xarabasına. Lap elə Səlim Müslümovu götürək. Bu adamın kriminal keçmişi ola-ola gətirib əvvəlcə komitə sədrinə müavin təyin etdirirlər, sonra da nazir qayırırlar. Mənə Azərbaycanda elə nazir və ya komitə sədri göstərin ki, həqiqətən də iştimai marağı şəxsi maraqlarından üstün tutsun. Bu gün ölkə başçısının əlinin üstündə başqa əl yoxdur, O, söz sahibidir, hazırda xalqın sevimlisinə çevrilib. Arzu edərdim ki, belə də qalsın. 44 günlük müharibədə büdcəmizdən kifayət qədər maliyyə vəsaitləri xərcləndi. Nə Qarabağa yardım fondu, nə Yaşat fondu bu çatışmazlıqları aradan qaldırası deyil. Qalır bir yol, vəzifədən azad olunan məmurlar büdcəni doldurmaqda yardımçı olmağa dəvət olunsunlar. Maraqlıdır, bunların hansının oğlu, nəvəsi ikinci Qarabağ müharibəsində iştirak edib. Bildiyim qədər Səfərbərlik və Hərbi xidmətə çağırış xidmətinin yerli şöbələri bu müharibədə çoxlu Allahsızlıq ediblər, Onlar da bu kampaniyada iştiraka dəvət edilməlidirlər. Bir sözlə, artıq ciddi düşünmək vaxtıdır

miri 2021-02-09 23:20:37

Bütün yollar Romaya gedir.

ejder 2021-02-09 23:11:13

aye ....milyardlari tek yemek olmaz

Son yazılar