Menu

Bakıda 222 minlik cinayət

15.10.2014, 12:08
Bakıda 222 minlik cinayət

Baş Prokurorluq külli miqdarda vəsaiti mənimsəməklə dələduzluq etmiş şəxslə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, vətəndaş Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apelyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkətilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərilməsi məlum olub. Onun satılmasını təmin etməklə “Polymer-Trade Ltd”–yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirib.

Bu şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı ziyanın ödənilməsi qismən təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol