Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev 2003-cü ilin oktyabr ayının 13-də - yəni 11 il əvvəl bu günlərdə müəmmalı şəkildə yoxa çıxmış qardaşı Mahir Abdullayevlə bağlı müraciət yayıb. AzPolitika.info-nun elektron poçtuna daxil olan müraciətdə E.Abdullayev qardaşının axtarışı üçün kömək istəyir. Müraciətdə deyilir:
"Hörmətli dostlar!!!
01 may 1962-ci il doğum tarixli Mahir Abdullayevin axtarılıb tapılmasına köməklik edin. Bu fotonu sosial şəbəkələrdə yayın! O, 13 oktyabr 2003-cü il tarixində Azərbaycanın hakimiyyət orqanlarında adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanmışdır. Bu faktı təzibolunmaz maddi sübutlar kimi sosial şəbəkələrddə və KİV-də ictimailəşmiş gizli vidieo görüntülər və Azərbaycanın Hüquq-Mühafizə Orqanlarının bu gün 11-ci ildir ki, bilə-bilə cinayəti ört-basdır etməsi və zərərçəkmişin ailə üzvlərinə qarşı gözlə görünən və qulaqla eşidilən qərəzli münasibəti bir daha təsdiq edir.
Kim Mahir Abdullayevin tapılmasına nə köməklik edə bilərsə, xahiş edirəm mənim facebook səhifəmin inboxuna bildiyiniz məlumatı göndərin. Tel: +33 751 25 13 22 ; E-mail poctum: elshadabdullaev@gmail.com
İmza: Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi
Fransa, Paris, 13 oktyabr 2014 il"
[caption id="attachment_62062" align="aligncenter" width="373"]



Şərhlər