RAMİZ MEHDİYEV 15 DEPUTATI MƏHKƏMƏYƏ VERİB! - Bir neçə ay əvvəl onları həbslə hədələmişdi (SİYAHI)

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib.

Bu barədə "AzPolitika.info"-ya mötəbər mənbədən məlumat daxil olub. AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.

R.Mehdiyevin məhkəmədən tələbi nədir və hansı deputatlar məhkəməyə verilib, təfərrüatlar məlum deyil. Lakin AMEA prezidentinin kimləri məhkəmə vasitəsilə cəzalandırmağa çalışdığını təxmin etmək çətin deyil. Ötən ilin avqust ayının 25-də R.Mehdiyev ona qarşı hücumlara AMEA-nın saytı vasitəsilə yaydığı cavab yazısında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrini xatırladaraq, 16 deputatın adını çəkmiş, onları açıq şəkildə hədələmişdi. Həmin məqalədən sitat: "... Məsələnin siyasi və hüquqi aspektləri onun mənəvi tərəfindən daha ağırdır. Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov ... unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".

Belə görünür ki, R.Mehdiyev xatırlatdığı hüququndan istifadə edib və deputatlarla məhkəmə yolu ilə haqq-hesab çəkmək qərarına gəlib. Lakin belə görünür ki, AMEA prezidenti adlarını çəkdiyi deputatlardan birini "əfvə salıb" - bəyanatda 16 deputatın adını çəksə də, onlardan 15-ni məhkəməyə verib.

Digər bir maraqlı məqam R.Mehdiyevin təqdim etdiyimiz bəyanatında deputatları xüsusi ittiham qaydasında məhkəməyə verə biləcəyini elan etməsidir. Çox böyük ehtimalla, elə bu qaydada da verib və deputat toxunulmazlığına əhəmiyyət verməyərək, onların həbsini tələb edir.

“Ramiz Mehdiyevin məni məhkəməyə verməsini nə təsdiq, nə də təkzib edirəm. Hələlik bu barədə bildiriş almamışam”, - deyə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı mövzu ilə bağlı sorğumuza cavabında bildirib. F.Ağamalı əlavə edib ki, Ramiz Mehdiyevin şikayəti üzrə məhkəmə proseslərində iştirak etməyə hazırdır: “Baxaq, görək, iddiası nədir, nə istəyir”.

Rasim ƏLİYEV

"AzPolitika.info"

635x100

Şərhlər

Bu............ 2021-02-11 19:06:46

Acgozluyun, Tamahkarliqin, Heyasizliqin, HEDDI - HUDUDU YOX IMISH bu ...........

Еldar 2021-02-11 10:25:44

Balıq baydan iylənər.

t.ədalət 2021-02-11 01:03:42

Ramiz Mehdiyevin kimliyi haqqında ən doğru məlumatı dissident Nadir Ağayevin "Faciələrimizin baiskarı" kitabından almaq olar.Milləti məlum olmayan,arvadı erməni,özü isə Rusiyanın Azərbaycandakı casusu olan bir adamın şikayətini məhkəmələr qəbul edərsə,bu o deməkdir ki,biz hələ müstəqil dövlət deyilik.Çünki Ramiz Mehdiyevlər çoxzdan həbs olunmalı idilər.Bütün bəlalarımızın səbəbkarı olan R.Mehdiyevin milli dövlətçiliyimizə vurduğu ziyanı bəlkə də heç ermənilər vurmayıb.O,təcili surətdə akademiyadan uzaqlaşmalı,sonuncu rəqəmləri "501" olan dövlət maşını əlindən alınmalıdır.Hərbi şəhərciyə yaxın olan yerdə ()keçmiş "Göyərçin" kafesinin yaxınlığı) tikdirdiyi ən azı 50 milyon dollar dəyərində olan evi yoxlamaya verilməlidir.Bu qədər pulu haradan alıb?

A.Məmmədov 2021-02-11 00:24:40

Mən qanunsuz işdən azad olmağım barədə məhkəmədə dörd il mübarizə aparmışam və bu barədə ölkə rəhbərliyinə 2040 dəfə müraciət etmişəm. Sizin saytınız vasitəsi ilə Prezident Administrsiyasının rəhbəri kimi R.Mehdiyevə müraciət etmişəm. Mənim məhkəmədə heç nəyə nail olmadığım kimi R.Mehdiyev də heç nəyə nail olmayacaq və başa düşəcək ki, sadə vətəndaşın hüquqları məhkəmədə necə tapdalanır? Biləcək ki, təşkilatda işlədiyi müddətdə bir dənə də olsun xəbərdarlıq və töhmət almayan, işdən qanunsuz çıxarılmamışdan bir ay əvvəl yaxşı işlədiyinə görə pul mükafatı almış, həmkarlar təşkilatının razılığı alınmadan işdən azad olunmuş şəxs bu məhkəmələrdə dörd il ərzində nələr çəkib? Mən bir adamdan bir manat pul almamışam və obyektim-filanım yoxdur. Bunu DTX yoxlaya bilər. Hacıbala yığdığı milyonlarla keyf çəkir, mən isə on ildir işsizəm.

Allahyar 2021-02-10 23:11:30

Burads seviyye ozunu biruze verir.Gorun bizi kimler idare edib.Dehset!

Eli 2021-02-10 22:09:43

Deyesen her iki teref millete nümune olmaq ve eclaq dersi keçmek isteyirler.Allah Sen özün bu millete kömek ol bizi kimler temsil edib ve edir bunlar göresen nu Calqdzn utanmırlar .Adamın ağlı donur.Söz tapmaq olmur.

Son yazılar