Menu

Vilayət Eyvazovdan daha bir təyinat - Daşkəsənə yeni polis rəisi təyin olundu

10.02.2021, 22:48
Vilayət Eyvazovdan daha bir  təyinat  - Daşkəsənə yeni polis rəisi təyin olundu

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub. Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik leytenantı Seymur Əfəndiyev Goranboy Rayon Polis Şöbəsinin Əməliyyat üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən gün Daşkəsən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilərək, Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol