Menu

"Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

11.02.2021, 00:43
"Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada daha dəqiq oynayan Rəcəbov növbəti mərhələyə vəsiqə qazanıb.

Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə baş açatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol