Menu

Qadını şantaj edən şəxs saxlanıldı

11.02.2021, 13:11
Qadını şantaj edən şəxs saxlanıldı

Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15 000 manat pul tələb etdiyini bildirmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilmiş və o, saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

Şərhlər

Eli 2021-02-11 14:06:24

Mence nele “ kişileri” terbiye etmeyin bir yolu var.Bunları göndermek lazımdır Şekiye Hacı dayının serencamına .Hacı dayı bunları “telebeleri” ile beş on güne “terbiyelendirer bı nakişiler bir qelet eder böyükleri ile ne qelet etmezler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol