Menu

Türkiyə-Azərbaycan təlimlərində F-16 qırıcıları və PUA-lar hədəflərə zərbə endiriblər - VİDEO

11.02.2021, 14:45
Türkiyə-Azərbaycan təlimlərində F-16 qırıcıları və PUA-lar hədəflərə zərbə endiriblər - VİDEO

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qış təlimi-2021”i izləmək üçün Qarsa gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol