Menu

Avropa Komissiyası “Brent”in qiymətlərinə dair proqnozunu artırdı

11.02.2021, 14:55
Avropa Komissiyası “Brent”in qiymətlərinə dair proqnozunu artırdı

Avropa Komissiyası “Brent” markalı neftin 2021-ci və 2022-ci illər üçün illik qiymətinə dair proqnozunu noyabr ayında açıqlanmış payız proqnozuna nisbətən xeyli artırıb.

“Report” xəbər verir ki, sənədə əsasən, sözügedən markalı neftin orta qiyməti 2021-ci ildə 54,7 ABŞ dolları, 2022-ci ildə isə 52,4 dollar səviyyəsində gözlənilir.

Bundan əvvəlki proqnozda “Brent”in cari ildə 44,6 dollara, gələn il isə 46,4 dollara satılacağı irəli sürülmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol