Menu

Əfqanıstanda BMT avtomobillərinə hücum olub, ölənlər var

11.02.2021, 22:11
Əfqanıstanda BMT avtomobillərinə hücum olub, ölənlər var

Əfqanıstanda BMT-nin nümayəndəliyinə məxsus iki avtomobil silahlı hücuma məruz qalıb. “Report” “Ariana News”a istinadən xəbər verir ki, hadisə paytaxt Kabilin Surobi dairəsində, Cəlalabad şəhərinə gedən avtomobil yolunda baş verib.

Nəticədə BMT avtomobilərini müşayiət edən Mühafizə Xidməti Direktorluğunun 5 əməkdaşı həlak olub.

BMT-nin Əfqanıstandakı missiyasının açıqlamasında əməkdaşlarının və avtomobillərinin ziyan çəkmədiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol