“O, AZƏRBAYCANIN BANK SİSTEMİ TARİXİNDƏ ƏN BÖYÜK TALANIN MÜƏLLİFİDİR...” - Sabiq nazirdən bankirə qarşı şok ittihamlar + VİDEO (Yenilənib)

"Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar"

Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifov sosial şəbəkələrdə böyük rezonans yaradan paylaşım edib. F.Yusifov nazir postunu tutduğu dövrdə(1994-1999-cu illər) Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun külli miqdarda - həmin vaxtın pulu ilə 150 milyard manat vəsaiti mənimsədiyini yazıb.

Maraqlıdır ki, sabiq nazir həmin şəxsin özbaşınalıqlarına baxmayaraq, hakimiyyətdəki himayədarlarının sayəsində cəzalandırılmadığını və bu gün də həmin vaxtlarda “qazandığı” pullarla biznes qurduğunu bildirir.

“AzPolitika.info” isə xəbər verir ki, sözügedən Hüseyn Səfərov bankdakı işi ilə vidalaşandan sonra Vergilər Nazirliyində yüksək vəzifələr tutub, Bakıdakı bir neçə rayonun vergi idarələrinə rəhbərlik edib.

Sabiq nazirin Hüseyn Səfərov haqqında yazdıqlarını nəzərinizə çatdırırıq: “Dostlar, şəkildə gördüyünüz bu adam 1990-cı illərin ortalarında, cəmi 1 il, o vaxtkı Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovdur. Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir. Bankın sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbayil rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir. O dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi.

Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən, Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdik. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı.

Təsəvvür edin, mütəxəssislər o zaman hesblamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi. 

Pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar.

Müfəttlişlərdən biri (o, hal hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) "Azneft" meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən, onun qapısını açaraq Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı.

Son müsahibəmdə bəzi məmurları rüşvət və korrupsiya hallarına görə tənqid etməyim Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş bu adamcığın xoşuna gəlməyib və hesab edib ki, o, bu məsələyə münasibət bildirməlidir. El gözü tərəzidir. Qoy mənə dövlət bankını talan etdiyinə görə işdən qovdurduğum biri yox, yaxından tanıyanlar və fəaliyyətimə bələd olanlar qiymət versinlər.”

Cəlal

“AzPolitika.info”


635x100

Şərhlər

ayrım 2021-02-14 22:59:55

Ayə a fikrət yenə ara qarışdırmaqnanmı məşxul olma. Ayə özünün elədiklərin büdcənin pullarını kimlərə öyürdüklərindən danişsana.1986 cı ildən ta 1992 -ci

Adil 2021-02-14 20:27:13

Fikrət müəllim ölkədəki ən savadlı maliyyə illərdən biri idi.Nisbətdə xeyli təmiz də işlədi. Amma həm nazir olmaq üçün atdığı addimlar , həm də son dövrdəki TV proqramlarında ki iştirakı onun nüfuzuna xeyli toxundu.Onun savad və intellektinin tərs mütənasib idi.Və deputat ola bilmədi

Ülvü 2021-02-14 19:26:50

Azərbaycanın bamk sektorunu Milli bank və bamklara nəzarət etməli qurum çökdürüb.belə hallae uzun müddət nəzarət edilməyən.zaman baş verir.Bu halfda həmin qurumların rəhbərliyinin şəxsi marağı üstünlük təşkil edəndə mümkündür

Cəmşid Dərələyəzli 2021-02-13 10:29:52

Məsələ aydındı, deməli bu adam o zaman dövlətdə mövqe tutan bezi "görəvlilərin" sadəcə bir budağı imiş. Ona görə də kəndxudanı gör kəndi çap məsələsi. Həmişə demişəm, Bütün hallarda ölkədə baş verən məmur özbaşınalıqları uzun illərin məmur cəzasızlıqlarının nəticəsidir. Gənə qoyuna yapışanda sahibi vaxtında onu oradan qoparmasa, gənə şişir sonda qoyun ölür. Nə yazıq ki, o gənələrdən ölkədə çox-çoxdur və o həddə də şişiblər ki, partladılması müşkülə çevirilib.

M.Əsgərov 2021-02-13 09:36:39

Fikrət Yusifov əlində imkanları olsada işlədiyi dövrdə xalqın, dövlətin malına , puluna xor baxmayan çox az adamlardandır, bəziləri burada qərəzli şərhlər yazırlar

Eli 2021-02-13 00:08:56

Eks nazirin sözlerinde nele melum olur ki o dövr ehaliye triılyonlarla manat ve ya follar kredit verilib bu ise deyir ki, Seferov pulları nağdlaşdıraraq menimseyib.Ciddi söhbete oxşamır .Belke Fikret müellim bi vetenperver ciddi bir vetendaş kimi dediklerine bir aydınlıq getire ve bu meseleni bu günedek niye ictimaileşdirmefiyinin sebebini izah etsin

Eli 2021-02-13 00:01:59

Hörmetli Yusifovun dedikleri heqiqetdirse ve buna ınansaq onda o dövr ölkede trilyon manatlarla ve ya dollarla bir ilde kreditler verilib ,bu ise deyir ki Seferov bu pulları nağdlaşdıraraq menimseyib.Bu ağlabatan söhbet deyil .Keçmiş nazir belke obyektiv açıqlama vere bu ne ise un davası ve qisa

Veteran 2021-02-12 23:53:58

Bunları GÜLLƏLƏMƏK yumşaq cəza olardı.

Eli 2021-02-12 22:24:11

Bu mesele reallıqdan daha çox un davasına ve ya qisas almağa oxşayır.Brle çıxır ki o dövr ilde trilyonlarla ehaliye kreditler verilib .Bi ise deyir ki

t.ədalət 2021-02-12 21:58:58

Fikrət müəllim,hansı nazir talançı deyil?Hamısı oğrudur .Hamısı büdcə gəmiriciləridir....

Əflatun 2021-02-12 21:17:10

Guya F.Yusifov öz işində ifdeal olub? Bir yoxlayan olsa bir topa cinayət halları ortaya çıxar.İndi kənarda saxlayıblar ona -buna qara yaxma ilə məşğuldur.Guya çox ağıllıdır.fş

Busbankdan 2021-02-12 20:46:02

Az'rbaycanın bank sisteminə ən böyük zərbəni Fikrət Yusifov vurub , onun və müavinlərinin Müşahidə Şurasının rəhbəri olduğu Aqrobank, Əmanət Bank, Sənaye İnvestisya Tikiniti bankı ləğv edilib halbuki kecmiş SSRİ ölkələrində bir nömrəli banklar sayılırıar!Rusiayd Sberbank Qazaxistanda Halkban Ukraybada Sənaye tikinti Bankı. Ən böyük yeyinti Maliyyə Nazirliyinin birinci mərtəbəsində yerləşən Sənaye tikinti Bnk Səbaeyl filialında olub!

M.Əsgərov 2021-02-12 19:08:20

Fikrət müəllimi işlədiyi dövrdə təmiz , prinsipal, ədalətli, kadrları düzgün yerləşdirən bir məmur kimi tanıyıram, o. həqiqətləri deyir, Azərbaycanın belə adamları ehtiyacı var.....

Shahin 2021-02-12 13:56:45

Respublikada en boyuk talan Standart bankda olub. Talayanlar ve talan olanlar melum olsada helede hokumet seviyyesinde tedbir gorulmur, yaziq emanetciler pullarini ala bilmir. Bash talanci ise Elmar Rustemovdur.

.EJDER NAQILBAZ 2021-02-12 13:51:51

AYE,O,,KAPITAL ,,IN YETIRMESIDI,MALADES

Son yazılar