Menu

Əhali yanvarda əczaçılıq məhsullarına 69 mln. manat xərcləyib

12.02.2021, 15:20
Əhali yanvarda əczaçılıq məhsullarına 69 mln. manat xərcləyib

2021-ci ilin yanvar ayında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 68,7 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40,1% artıb. Aylıq müqayisədə isə, bu göstərici 10,4% azalıb.

Qeyd edək ki, 2020-ci ildə əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar ən çox dekabr ayında xərcləyib – 104,2 mln. manat. Pandemiyanın əvvəlindən sözügedən məhsullara ən az oktyabr ayında xərclənib – 55,1 mln. manat.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol