Menu

Bakıdakı 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

12.02.2021, 17:40
Bakıdakı 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakının İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol