Cümə günü Milli Məclisin iclasında deputatlar ölkənin İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə düzəlişləri müzakirə edərək qəbul ediblər. Bu düzəlişlər avtoxuliqanlığa görə cəzanı yüngülləşdirir.
Belə ki, sürücü avtoxuliqanlığa görə 1 il müddətinə sürücülük hüququndan məhrum edilir və 500 manatdan 750 manatadək cərimə olunur. Qərar qaydanı pozanın şəxsiyyəti nəzərə alınmaqla qəbul edilir. Ən son halda 15-30 gün müddətinə inzibati həbs tətbiq edilir.
Hazırda avtoxuliqanlığa görə sürücü 2 il müddətinə avtomobil sürmək hüququndan məhrum edilə, 750 manatdan 1000 manatadək cərimə oluna və ya bir aydan iki ayadək inzibati həbsə məruz qala bilər. Müzakirələrdən sonra düzəliş səsverməyə çıxarılıb və ikinci oxunuşda qəbul edilib.


Şərhlər
Hörmətli deputatlar, bu məsələ ən az düzəlişə ehtiyacı olan bir qanun idi, bunun yerinə vətəndaşların ödəməyə çətinlik çəkdiyi o qədər cərimə və cəza var ki, onları yüngülləşdirmək lazımdır. İctimai təhlükə və ictimai düzənsizlik yaradan avtoxuliqanlara cəzasını azaltmaq lazım deyil.
edile biler )) oluna biler ))) Nece seviyyesiz qanunlarimiz var, Qanun 1 olmaliti yani 200 azn cerime ve yaxud 1 il suruculuk hûququndan mehtum etme, Bu qanunlariviz ancaq rûshvete yol acir Qai reiside bu boshluqdan istfade edib cibin dolduryr, Qôzûn ûste qashin varda deyrn yoxdu , Bax bele yashayitiq biz