Menu

"Sizi İrandan qoruyacağıq" - Pentaqon Ər-Riyadı sakitləşdirib

13.02.2021, 00:17
"Sizi İrandan qoruyacağıq" - Pentaqon Ər-Riyadı sakitləşdirib

Səudiyyə Ərəbistanı (SƏ) terrorçuluqla mübarizədə və bölgəsel təhlükəsizliyin təmin olunmasında Birləşmiş Ştatların açar müttəfiqdir. Ər-Riyad Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dayağı qismində çıxış edir, terrorla mübarizədə və İranın sabitliyi pozan fəaliyyətinə qarşı çıxış edən aparıcı iştirakçılardan biridir.

SƏ-nın ünvanına fevralın 11-də bütün bunları ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kibri səsləndirib. Bu barədə cümə günü «Əl-Ərəbiyyə» televiziyası xəbər verib.

Pentaqonda qeyd ediblər ki, ABŞ sərhədlərinin qorunmasında Səudiyyə Ərəbistanına kömək etmək niyyətindədir. Həm də göstərilib ki, Ağ Evə yeni administrasiyanın gəlişi ilə Ər-Riyada kömək və onun xarici təcavüzdən qorunması məsələsində dəyişiklik yoxdur.

«Bizim siyasətimizdə və Səudiyyə Ərəbistanının səhədlərinin qorunması məsələsində heç nə dəyişməyib» - Kibri bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol