Menu

Paytaxt sakini intihar edib

13.02.2021, 09:37
Paytaxt sakini intihar edib

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bayıl qəsəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Marat Məmmədov kirayə yaşadığı evdə özünə qəsd edib. Hadisə yerinə Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Onun meyiti məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol