Menu

Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib?

13.02.2021, 13:25
Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib?

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Həsənov Murad Teyyub oğluna əlillik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı qazi Həsənov Murad Teyyub oğlu Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirib. Ona 3-cü qrup əlillik təyin edilib və vətəndaşlar məlumatı paylaşaraq tənqidedici fikirlərini bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, əlilliyin təyin edilməsi Nazirlər Kabinetinin qəbul etdiyi normalara uyğun həyata keçirilir:

“Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır. Bu baxımdan vətəndaş Murad Həsənovla bağlı əlilliyin təyin edilməsi tam qanunidir”.

Şərhlər

Eli 2021-02-13 22:42:07

Adam spz raoa nilmir ne desin .Ancaq mence bu meselenin helli yolu çox sadedir İkinci Qarabağ şehidleri ,qazileri ve iştirakçılarına aid sosusl teminat meseleri haqada Emek ve ehalinin sosial müdzfiesi nazirliyi üzre Nazirler Kabineti ayrıca qerar vere biler mence bu ele bir problem feyil yeni meselenin rnsade hell yolu belr olmalıdır .Tebii ki selahetliler mütexessislet meselenin hell yolunu daha deqiq hell ede bilerler

pensioner 2021-02-13 21:59:33

təcili Nazirlər Kabinetinin axmaq qərarını dəyişdirin,

ejder 2021-02-13 17:33:52

sahile cixdi motros,ayaqi bitewek yeqin,cox mentiqsiz qerardi

Eli 2021-02-13 17:10:55

Men şexsen onlarla adam tanıyıram ki , saxta ellilikmdetecei alıb neçe illerdir 2 be ya 3- vü drece ile pensiya alır.İnfi bir ayağını müharibede itirmiş 19 yaşında cavan bir insanın halala haqqını bizim mövcud qanun ve qetarlarımıx ödeye bilmir.Sual olunur Kime ve neye lazımdır bele qanun ve qerarlar.

Eli 2021-02-13 17:02:27

Me menasız ve mentiqsiz qerardır.Bir qanun bir qetar ki vetendaşın halal haqqını mudafie etmir o heç kime lazım deyil.Nece başa düşek ayaq dizden aşağı ve ya yuxarı ambutasiya olunub yeni her iki halda ayaq yoxdur birinde 2 birinde 3- cu dereceli elillik derecesi teyin olunur bele menasız mentiqsiz qerar olar Adam bilmir gülsün bilmir ağladın hele bele gülmeli qetara nazirlik seviyyesinde açıqlama da berirler ...

Rasim 2021-02-13 15:56:49

Nazirlər Kabinetinə də bu axmaq təklifləri sizin orqan verib, onun əsasında da NK qərar qəbul edib də.

İsmayıl Xələfov. 2021-02-13 14:12:45

Qanunlarınızdan adam iyrənir. Dizdən aşağı, dizdən yuxarı bu ayaq yoxdur.

Semed 2021-02-13 13:41:36

Azərbaycanda minlərlə şəkər və ürəyində stend olan xəstə var amma onlar pensiya almır Sahil Babayevin yaxınları isə alır bu hansı bənddə yaxilib xedte

t.ədalət 2021-02-13 13:34:57

ƏƏSMN-nin rəhbırliyində qanı bulaşıq adamlar var və onlar erməniliklərini davam etdirirlər.Şəhid və müh. Əlilləri ilə iş üzrə ayrıca müstəqil bir idarə yaranmalıdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol