Adil Əliyev "Qələbəmizə sevinməyən iki nəfərdən biri Ramiz Mehdiyevdi... Sevinsəydi, o boyda AMEA adından təbrik yayardı”
“Biz hər zaman xalqı maraqlandıran məsələlər barədə fikir səsləndiririk. Kimsə hansısa neqativ əməl törədibsə, mütləq tənqid olunmalıdır. İndi də AMEA məlumat yayıb ki, Ramiz Mehdiyev hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır.
Görünür, kimlərsə ona başa salıb ki, nə qədər ki deputatlar səni məhkəməyə verməyib, tez təkzib ver. Onsuz da Ramiz Mehdiyevin bu addımı atmağa ixtiyarı yoxdur".
"AzPolitika.info" xəbər verir ki, bunu partlamentin vitse-spikeri Adil Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin deputatları məhkəməyə verməsi barədə xəbərə münasibət bildirərkən deyib.
Xatırladaq ki, bu barədə "AzPolitika.info" mötəbər mənbəyə istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.
Adil Əliyevin bu barədə sosial şəbəkədə yayılan açıqlamasında qeyd olunur ki, R. Mehdiyev əvvəlki vəzifəsində olsaydı, yəqin məhkəmə deyil, təzyiq üsullarından istifadə edərdi: "83 yaşlı akademik fəaliyyət dövrünə nəzər salmalıdır, düşünməlidir ki, niyə hər kəs onu tənqid edir.
Ramiz Mehdiyevlə bağlı müsbət fikir bildirən bir nəfərə də rast gəlməmişəm. Azərbaycan Milli Elmlər Akademiyasını şəxsi obyektinə çevirib, irəli çəkdiyi kadrları günlərlə müzakirə olunur. Belə idarəçilik olmur. Tez-tez aldığı orden və medallarla qürrələnir. Bu, onun əməllərini ört-bastır edə bilməz. Akademiyaya rəhbərlik etdikdən sonra hansı istiqamətdə addımlar atıb? Heç bir iş görməyib".

Vitse-spiker daha sonra qeyd edib ki, akademik dövlət qurumunun rəsmi saytını şəxsi bloqu kimi idarə edir.
"Bu ixtiyarı ona kim verib? Saytda elmi məqalələrdən çox Ramiz Mehdiyevin deputatlara və digər şəxslərə cavabları dərc olunub. Görün ölkənin elm ocağına kim rəhbərlik edir?! Ramiz Mehdiyev susmaq əvəzinə, döyüşür. Çəkilsin kənara, islahatlara əngəl olmasın. Azərbaycan 44 gün düşmənlə müharibə apardı və misilsiz qələbə qazandı.
Vətən müharibəsində hamımız dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdik. Zəfər çalmağımızın əsasında bu durur.
Ramiz Mehdiyevin isə həm müharibə, həm də müharibədən sonrakı mərhələdə aktivliyini görmədik. Qələbəmizə sevinməyən iki nəfərdən biri olan Ramiz Mehdiyev sevinsəydi, o boyda AMEA adından təbrik yayardı. Onun hansı qüvvələrə arxalandığı bəllidir!"-deyə Adil Əliyev vurğulayıb.
Millət vəkili təklif edir ki, AMEA-da mütəmadi yoxlamalar aparılsın, nöqsanlar üzə çıxarılaraq tədbir görülsün: "Əminəm ki, bütün maneələri aşacağıq. Biz yalnız dövlətimizə arxalanırıq, ölkəmizin maraqlarını müdafiə edirik”.
"AzPolitika.info"

Şərhlər
Adil Əliyev vaxtı ilə Ramiz Mehdiyev,Ramil Usubov və Zahid Oruc üçlüyünd ən əziyyət çəkib.Ancaq həqiqət budur ki,bu "üçlük" Moskvanın himayəsinə sığınanlardır.Onlar vəzifədə qaldıqca Azərbaycanın hələ də Rusiyanın basqısı altında olduğu məlum olur.Yalnız Ramil Usubovun qohum-əqrəbası arasında Qarabağ uğrunda savaşda iştirak edənlər var.O biriləri isə bu müharibədə xalqın yanında olmayıblar.A.Əliyevin haqlı olduğuna inanmaq lazımdır.
Heç kim İlahi Ədalətdən qaça bilməyəcək! Dünya həyatı çox qıssadır lakin cahillər bunu anlamazlar neçə yaşlarında olmağına baxmayaraq...
Şor Şora şorik deməsə motalı partlayar.
Vallahda billahda bunlarin hamisi eyni bezin qiraqidi.....
Yaltaq milletin axri belede olmalidi ((( hele bu harasidi Vaxt var idi Ramizin yaninda diz côkûrdiniz Be indi noooldu hiyyyy
Adil mellim , azadliqda tikdiyiniz otel ???? qizil ûzûk meselesi heeeee
Doqurdanda ne qûndeyik biz )))) Deputatlarimiza baxanda adamin qûlmeyide yox , lap aqlamaqi qelir))))1/2 deputati cixmaq sherti ile))) ayibdiyeeeee ,
Qoca qartal nə gezirsen, daqlar qoynunda qoynunda.
Men bilen AMEA fealiyyetine nezaret funksiyası hörmetli vitse spikerin selahiyyet sahesşne aid deyil.Onda bu ondan isteyir.Niye bu meseleler Mehdiyev vezifede olanda yox indi qabardılır.Bunların dövletçiliye semimiyyetine inanmaq olarmı?
Sir qocalanda ...
Adil Eliyevin ne intelektik nede vetenperverliyi Mehdiyevden artiq deyil....
Göresen hörmətli vitse spiker Mehdiyevə qarşı PA-nın aparat rəhbəri olan zaman bu mūnasibəti göstərə bilərdimi?
Mehdiyev düz edir.Bu qədər ölkədə etdiyi əməllərə qiymət verilmədən onu isti yerlə təmin edən hökumət bunu düşünməlidir.
...gulmelidi ne gundeyik