Menu

Ermənistanda qeydə alınan zəlzələ Naxçıvanda hiss olunub

13.02.2021, 16:27
Ermənistanda qeydə alınan zəlzələ Naxçıvanda hiss olunub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 5.2, dərinliyi 2 km olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol