Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır...
Məsələn, redaksiyamıza Tərtər rayonundan daxil olan bir məlumatda iddia olunur ki, rayonun icra başçısı Müstəqim Məmmədov öz tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi ŞahinFətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb.
Bildirilir ki, bir sahibkara satılan torpağın 250.000(iki yüz əlli min) manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var.
Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib.”
Məlumatda qeyd olunur ki, bu hadisələrdən “şoka düşən” başçı günlərdir özünə gələ bilmir.
“AzPolitika.info” məlumatda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırdır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Siz hele bunun ((( mordasina baxuneeee
Adina baxunda (Musteqim (((( derdeee klassikadidaaa
AYE,TOXUNULMAZ MEMUR YOXDUR.
Yiyesizlikdi?.....((( bashqa sôz tapmiram
Ogrudan ogruya halaldir
Bu musteqimin uzunə baxanda,aqli başinda olan hər bir adam o dəqiqə hiss ederki bu nə sort adamdi.Terterin tarixinde bunun kimi asaqi keyfiyyetli ikinci bir rehber olmayib...
Bunu qaşıran elə baş coban Müstəqimin özüdür.Onu damlamaq və cırıq şalvarda gəldiyi günə salmaq lazımdır. Elmar Vəliyevin çobanıdır. E
Hamınıza general Əli Nağıyev qənim olacaq inşallah...
Nədən,niyə, nəyə görə hakimiyyətə bu qədər başağrısı gətirən bu Mustəqimə DOZULUR?Bu ki Ramiz Mehdiyev deyil.Cox təəccüblüdür.Yəni Müstəqim bu qədərmi toxunulmazdır?
İcra hakimiyyətlərinin jrminal qurum kimi yaradıldığı onların məlləri ilə tam sübut olunur.Ən pisi isə odur ki, onların bu əməllərinə Polis,Prokurorluq və digər orqanlar kənardan seyr edirlər.ə
Musteqim düz adam deyil
korrupsiys,oqurluq ....