Menu

“Sülh sazişinin hazırlanmasına başlamaq olar” - Elmar Məmmədyarov

15.10.2014, 14:07

Elmar-Memmedyarov-cixish“Azərbaycan prezidentlərin bu ayın sonunda Parisdə keçiriləcək üçtərəfli görüşündən ciddi irəliləyiş gözləyir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişinin hazırlanması işinə başlamağın tərəfdarıdır. O qeyd edib ki, həmsədrlər bir neçə məsələni əhatə edən struktur təkliflər veriblər: “Biz belə qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik. Biz yeni mərhələyə tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol