“SABİQLƏR FONDU”... - Oğurlanan milyardları Qarabağın bərpasına necə yönəltmək olar?

Azərbaycan kimi ağır savaşdan, böyük itkilərlə müşayiət olunan müharibədən çıxmış ölkənin yerində Çin, Şimali Koreya və bu qəbildən başqa bir dövlət olsaydı, yəqin ki, korrupsiya, rüşvət, büdcə oğurluğuyla milyardlara sahiblənən məmurları minalanmış sahələrə salıb, əraziləri bu yolla təmizləyərdi.

Yaxud demokratiyanın, qanunun aliliyinin təmin olunduğu Qərb dövlətləri olsaydı, lap əvvəldən belələrinin talançılığına imkan verməz, bu baş verdiyi təqdirdə isə, ədalətli araşdırma, məhkəmə prosesi aparar, bundan sonra onları uzunmüddətli həbsə göndərər, bütün varidatına, bank hesablarına və s. əl qoyardı.

Ancaq Azərbaycanda bu variantların heç biri keçərli olmadığından, yəqin ki, hansısa üçüncü yola ehtiyac var...

İndi istər hakimiyyət təmsilçiləri, istərsə də müstəqil ekspertlər işğaldan azad edilmiş ərazilərin tam bərpası, müvafiq infrastrukturun yaradılması, iş yerlərinin açılması, bir sözlə, normal yaşayışın təminatı üçün dövlətə külli miqdarda, yəqin ki, milyardlarla hesablanacaq vəsaitin lazım olduğunu bildirirlər. Hələ şəhid ailələri və qazilərimizin sosial, səhiyyə, mənzil və digər problemlərinin həllinə lazım olan vəsaitləri demirik. Bütün bunların təmin olunması pandemiya və neftin ucuzlaşması, həmçinin, hələ də məmur monopoliyasının buxovunda boğulan iqtisadiyyat fonunda olduqca problemli məsələ kimi görünür.

Lakin ölkənin iqtisadiyyatının, onun sərvətlərinin bu həlledici dövrdə yetərincə köməyimizə çata bilməməsinin baiskarları təkcə pandemiya və neft qiymətləri deyil. Azərbaycanda istənilən pandemiyadan, təbii fəlakətdən qat-qat təhlükəli və ziyanlı olan məmur-oliqarx təbəqəsi var. 

Onların böyük bir qisminin artıq hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, hələ də yüksək vəzifə tutanlar və "köhnə qaydaları" davam etdirənlər də az deyil. Və şübhə yoxdur ki, məhz bu şəxslərin varidatını, şirkətlərini, bank hesablarını, mal-mülklərini, biznesini və s. pul ekvivalentinə çevirərək üst-üstə bir fonda toplasaq, dövlət büdcəsinə, hətta az qala Neft Fonduna yaxın bir məbləğ ortaya çıxar. Və bu məbləğlə Qarabağı bir yox, bir neçə dəfə dirçəltmək olar...

Çox uzağa getməyək, elə Mixeil Saakaşvilinin dönəmində qonşu Gürcüstanda məmurlar tərəfindən dövlətdən oğurlanan vəsaitlərin böyük bir qismini geri qaytarmaq, büdcəyə ödətdirmək mümkün olmuşdu.

Qonşularımızla müqayisədə neft ölkəsi olan Azərbaycanda isə talanan vəsaitlərin miqdarı yüz milyonlar deyil, milyardlarla ölçülür və buna kimsənin qəti şübhəsi yoxdur. Bu talanda iştirak edənlərin böyük əksəriyyətinin biznesləri, varidatı, bank hesabları həm xaricdə, həm də ölkə daxilində mövcuddur və onların çoxu hazırda Azərbaycanda yaşayır. 

Bu “qəhrəmanları” sıralasaq, böyük bir siyahı alınar. Burada kimlər yoxdur? – Ziya Məmmədov, Fazil Məmmədov, Abid Şərifov, Əli Həsənov (hər ikisi), Oqtay Əsədov, Eldar Mahmudov, İsmət Abbasov, Hacıbala Abutalıbov, Səfər Əbiyev, Zakir Qaralov, Rüstəm Usubov, Nəcməddin Sadıkov, Əli Abbasov, Heydər Əsədov, Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Misir Mərdanov, Etibar Pirverdiyev, Tağı Əhmədov, Füzuli Ələkbərov, Heydər Babayev, Rüfət Aslanlı, Arif Qaraşov və adlarını çəkmədiyimiz daha kimlər, kimlər! Bu siyahını uzatdıqca uzatmaq olar.

Əlbəttə ki, buraya Ramiz Mehdiyev (Varidatı təxminən 2 milyard  qiymətləndirilən-red.) başda olmaqla, hazırda hələ də bu və ya digər postlarda oturan digər “köhnə qvardiya” təmsilçilərini də aid etmək lazımdır. Əslində, onların təxmini siyahısını ölkə başçısı “Şuşaya hücuma hazırlaşan” qurumları sadalayarkən səsləndirmişdi və bu sıraya əlavə olaraq, Əhməd Əhmədzadə, Cavid Qurbanov kimi digər çoxlu sayda məmurun da adını əlavə etmək olar. 

Bir qədər fantastik görünsə də, bütün bu adamların məlum yollarla topladıqlarını bir yerə yığaraq, böyük bir fond yaratmaq, hətta adını da şərti olaraq, “Sabiqlər Fondu” qoymaq olar. Belə bir fonda yığılacaq vəsaitin miqdarını təsəvvür edirsinizmi?...

Əslində, Səlim Müslümovun həbsi, Ziya Məmmədovun istintaqa çağırılması, Füzuli Ələkbərovun şirkətlərinin qazandıqları tenderlərin ləğvi, “Baku Steel Kompany”-nin ətrafında baş verənlər və hələ mətbuatda işıqlandırılmayan digər oxşar tədbirlər artıq bizim qeyd etdiyimiz oğurlanmış kapitalların geri qaytarılması prosesinin hansısa formada başlanğıcının ilk işartıları hesab oluna bilər. Və əgər bu proses doğrudan da tam şəffaf və dövlətin maraqları çərçivəsində reallaşarsa, buna hətta ictimai nəzarəti həyata keçirmək olar. 

Mütəmadi olaraq oğurlanmış vəsaitlərin hansı miqdarda geri qaytarılmasını əks etdirən məlumatlar dərc edilə bilər - necə ki, YAŞAT Fondu, yaxud Azərbaycan Ordusuna Yardım Fonduna yığılan vəsaitlər barədə hesabat verilir. Qoy əhali bilsin ki, ondan oğurlanan pulun nə qədəri geri alınıb. Belədə həm də, bir ara həbs olunan məmurların evlərindən çıxan milyonların, on milyonların sonrakı taleyi qaranlıq qaldığı kimi, müxtəlif suallar və spekulyasiyalar da yaranmaz. 

Və inanın ki, əgər qeyd etdiyimiz bu proses reallaşarsa, oğurlanan pulların heç olmasa bir qismi qaytarılarsa, artıq hökumətin büdcəni doldurmaq üçün bir neçə il əhalinin cibinə girərək, suyun, işığın, qazın, benzinin və s. qiymətini qaldırmasına, cərimələri artırmasına ehtiyac qalmaz... 

Lakin burada bir məqamı da qeyd etməmək olur. Əgər sabiqlərdən və indi də vəzifədə olan məmur-oliqarxlardan geri qaytarılacaq (əgər qaytarılacaqsa-C.M) pullar Qarabağın dirçəldilməsi adıyla yenə də “Gənclik”dəki tunel, Bakı-Quba yolunun, Mərkəzi Bankın, yaxud “Azərsu”-nun binasının tikintisi və digər bu tip korrupsiya layihələrindəki kimi xərclənəcəksə, yəni bir oğrudan alınıb başqa birinə yem ediləcəksə, nəzarət sistemi işləməyəcəksə, o zaman heç bu vur-çatlasına da ehtiyac yoxdur, necə deyərlər, “qoyun kişilər yaşasınlar”...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veterana 2021-02-15 22:21:43

kim gülləyəcək onları? Oğru silahdaşları?

Roma 2021-02-15 11:51:28

t.ədalətə...Sizinlə razı deyiləm, belə ki, "Maral Nacaryanla bu talançılar arasında elə bir fərq yoxdur.", deyirsiniz, mən isə deyirəm ki, var, bunlar ondan da pisdir, o düşməndir, bunlar isə özümüzünki, ona görə də bunların əməlləri o daşnak qadından daha pisdir...

Roma 2021-02-15 10:00:12

Çox az adlar yazılıb, Azərsu, Metrotikinti, Qaçqınkomun tikintisi və s. və i... hər təşkilatda da 1-2 nəfər yox təxminən 20-30 nəfər çapıb-talayanlar...

t.ədalət 2021-02-15 01:06:56

Məncə,Livandan gəlib bizə atəş açan erməni qızı,snayper Maral Nacaryanla bu talançılar arasında elə bir fərq yoxdur.Dövlətin büdcəsini talayanlarla əsgərlərimizi qətlə yetirən düşmənin nə fərqi ola bilər.Amma onlar həbs olunmadıqca,oğurladıqları pullkarla başlı-başına qaldıqda daha təhlüekəli cinayətkarlara çevrilirlər.Hazırkı nazirlər və məmurlar da "sabiqlər"dən geri qalmırlar.

Veteran 2021-02-14 23:16:28

Bunları GÜLLƏLƏMƏK yumşaq cəza olardı.

Oxucu 2021-02-14 22:22:54

Osman və Hacıbala Abutalıbovun, Osmanın kürəkəni Vüqar Seyidovun varidatı Qarabağı bərpa etməyə bəs edər.

Eli 2021-02-14 19:38:04

İndi bizim bütün xristian dünyasının dövletlerinin xüsusen ABŞ,Rusiya ve Fransanın 30 ilden artıq müdafie etdikleri xain qonşumuz ermenilerin yaratdığı Qarabağ kimi bir problemi hell eden Müzeffer qehreman qorxmaz ağıllı ve qetiyyetli prezidentimiz var ve zamanında o bu meseleni hell edib yoluna qoyacaq ve men buna eminem çünki o ilkin mesajlarını artıq verib.

Müstafayev 2021-02-14 19:29:49

Oğurlanan milyardların çosu gömrükdən keçib xaricə daşınıb,Azərbaycanda qalanları isə villalar,malikanələr və obyektlərə sərf olunub.Həmin milyatdları geri qaytarmaq o qədər də asan deyil

Eli 2021-02-14 19:25:11

Almaniyada Hitlerin hakimiyyeti dövründe ona melumat verirler ki ictimai neqliyyatda (metro,elektrik qatarları,avtobyslar ve s) зайциклерин (biletsiz senişinler) sayı çoxalıb.@, ne edek.Hitler müellim deyir ki pik vaxtı onlardan bir neçesini en böyük stansiyaların birinde caamaatın gözü qarşısında elan edib gülleleyin vessalam ve bununla da mesele öz hellinitapır

Eli 2021-02-14 19:13:18

Başqadına ağıl vermekden asan iş yoxdur prinsipinden çıxış etsek özü de bu proses ele aparılmalıdır ki hem qoyunlar salamat qalsın hem de qurdlar canavarlar tox qalsın ve ya ne şiş yansın ne kabab.

Vətəndaş 2021-02-14 19:10:35

Hwquq mwhafizə orqanları vəzifəlilərlə əlbir olanda belə hallat baş verər..Bəs niyə bülə vəziyyətə illərlə dözülür?Axı bu halları görməyə və eşitməyə bilməzdi....

Eli 2021-02-14 19:01:13

Mence bizde biznes deyilen fealiyyet növü yoxdur.Bizde dövlet biznesi yeni iri ranqlı memurlara mexsus biznes bir de orta ve kiçik sahibkarlara mexsus kiçik kommersita obyektleri var.Bu sebebde yazıda deyilenleri heyata keçirseler ölke iqtisadiyyatı çöker Bu alınmaz .Ona göre bsşqa bir şey fikirleşmek lazımdır.İndi qanında canında kişilik vetenperverlik ve namus qeyret olanların hessbına Qarabağ öeselesi hell olundu.İndi buna oxşar bir proses fikirleşib heyata keçirmek lazımdır

M.Əsgərov 2021-02-14 15:57:31

bunlar hamısı məhşur "yap" çılardı , bəs bunlar deyirdilər ki yapa, Əliyevə, dövlətə canımız qurbandı?, nooldu bəs, indi ehtiyac var də niyə oğurladıqlarınızı vermirsiniz kömək üçün, ona görədə düz deyirlər ki bu yapçılar etibarsızdılar çünki oğurlamağa gəlmişdilər, bir şey qalmayıb deyə çəkiliblər qınlarına, dövlət, Əliyev , yap bunlara indi lazım deyil artıq. Sağlam adamları vəzifəyə gətirmək lazımdı, qohum, quda, tanış, nazirin adamı və.s belə olur.....

lala metin 2021-02-14 15:47:31

o pulların bir qəpiyi də nə bu xalqa nə də bu torpaqlara xərclənəcək kimimsə həbsinin pulunun alınmasının bizə hec dəxli yoxdur

Kiçicik vətəndaş 2021-02-14 14:53:17

Oğurlanmış pul buxarlanan su qədər belə görünmür ki, onu bir-iki yaxının utopiyasına buraxasan, nəinki ayba-ay rəngarəng layihələri, seçmə materialı, görülmüş işi ödyəsən? Onları Qarabağın azadlığı, bərpası maraqlandırsaydı, Krunk kimi gizli də yox, aşkarca və 15-20 il öncə beynəlxalq və daxili banklarda Müdafiə və Bərpa fondları toplayardılar?

Mühəndis 2021-02-14 14:10:01

ər və indi vəzifə tuanların kimliyi, nəslinin haralı olması ixtisası,iş stajı,,tutduğu vəzifə ilə ixtisası və stajın uyğunluğu,işdə buraxdığı yanlışlıqlar.mal varlıqlarını nəzətə alınsa daha dəhşətli mənzərə ortaya çıxar.

Vətəndaş 2021-02-14 13:36:54

Qəbirsanlığa gedən ölü qayıdır? Əlbətdə yox. Nağıl danışılır. O pullar öz işindədir. Millətə atıblar atanşiklər,indi də yuz oyun çıxarırlar

Xalq 2021-02-14 11:55:45

Cəlal bəy! Yazınızı dəstəkləyirik!

Ədalət 2021-02-14 11:31:46

Qələminizə sağlıq Cəlal bəy!

.EJDER 2021-02-14 09:13:47

BELE SADELOHV OLMAYIN...NE TOVBE

Son yazılar