Menu

Lavrovla Con Kerri arasında telefon danışığı olub

13.02.2021, 23:34
Lavrovla Con Kerri arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov, ABŞ-ın yeni rəhbərliyinin uzunmüddətli iqlim tənzimlənməsi üçün möhkəm beynəlxalq hüquqi zəmin yaradan çoxtərəfli əsas razılaşmaya qayıtmaq niyyətini məmnuniyyətlə qarşıladı.

Tərəflər ətraf mühit, iqtisadi, sosial, siyasi amillər və istisnasız olaraq bütün ölkələrin maraqları nəzərə alınmaqla, iqlim məsələlərində geniş beynəlxalq əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.

Şərhlər

ATTILA Bilge Kagan 2021-02-14 11:16:49

Reklama dusmek ucun,Kalantaryan Conla qardan-yaqisdan dansib.Bularin basqa azari yoxdumu,rusiyanin 50 %-i zibillikde tarakan kimi qida axtarir.Menim birce Babuskalara yaziqim gelir,omru boyu paxali,rezultat zibillikde axtarmaq ne ise.........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol