Menu

Rusiya rublunda tarixi çöküş: 1 dollar 41 rubl oldu

15.10.2014, 14:56
Rusiya rublunda tarixi çöküş: 1 dollar 41 rubl oldu

Qərbin sanksiyaları nəticəsində Rusiya rublu tarixində ilk dəfə dollara nisbətdə ən aşağı səviyyəyə enib.

Rusiya Milli Bankının göstəricilərinə görə, oktyabrın 15-də 1 ABŞ dolları 41 rubla satılıb.

Rubl bir gün öncə cəmi 6 qəpik baha olub. İqtisadçılar bildirir ki, hər gün milyardlar itirən Rusiya iqtisadiyyatının rublun məzənnəsini saxlamaq üçün imkanları məhduddur.

Qərbin Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar planı olduğunu nəzərə alaraq söyləmək olar ki, rublun ucuzlaşması prosesi yaxın zamanlarda dayanmayacaq. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol