"BU TİPLİ "BANDİT"LƏRƏ RAST GƏLMƏMİŞƏM..." - "Oğurladıqlarını alıb, Qarabağın bərpasına sərf etmək lazımdır”

Eks-spiker Rəsul Quliyev Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək xarakterli fikirlər bildirib və təkliflə çıxış edib.

Facebook səhifəsində Rəsul Quliyev bildirib ki, Azərbaycanda böyük vəzifədə olanların böyük korrupsioner olduğu məlum idi. Ancaq vəzifəlilərin bu şəkildə dəhşətli korrupsiya ilə məşğul olması adama fantaziya kimi görsənir. Bu insanların məhkum edilməsi, mənimsənilmiş pul və ya mülklərin əllərindən alınması, sərvətin sahibinə - xalqa qaytarılması çox vacibdir.

R.Quliyev qeyd edib ki, torpaqlar işğaldan azad edilib, bu proses tək ordunun mətinliyi, xalqın hakimiyyətin ətrafında birləşməsi ilə uğur qazana bilməzdi, bu şanlı qələbənin qazanılması üçün ölkə, həm də milyardlarla dollar pul xərcləyib. Azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün isə azı 10-15 milyard dollar pul tələb olunur. Bu vəsaitin, heç olmazsa 5 milyardı bu korrupsionerlərin əlindən alınıb büdcəyə qaytarılmalıdır: “Sovet ittifaqının dağılmasının axırıncı ilində, yəni 1987-1991-ci illərdə mən Azərbaycanda ən çox maaş alan şəxs idim. Orta əməkhaqqı ölkədə 200, mən işlədiyim zavodda 600 rubl olanda, mən, təxmini 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çoxsaylı ixtiralara görə. Azərbaycan müstəqillik alandan sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı.

Bu tipli “bandit”lərə o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım. Cəmiyyəti bu insanlardan təmizləmək lazımdır. Oğurladıqlarını öz xoşları ilə xalqa qaytarsınlar, sonra gedib, bacarırlarsa, yenidən qanun çərçivəsində bizneslə məşğul olsunlar".

Qeyd edək ki, korrupsiya ilə talan edilmiş dövlət vəsaitlərinin korrupsiya ilə məşğul olmuş şəxslərdən geri alınıb işğaldan azad edilən rayonların quruculuq işlərinə yönəldilməsi barədə digər tanınmış siyasilər və iqtisadçılardan da təkliflər olub.

635x100

Şərhlər

Səlim 2021-02-19 17:15:06

Bəziləru ... ağıl və bacarıq sayır.İbsan ayıblarına kor olmayanda belə olur.Elə düşünür ki,üstündən bir neçə il keçdi və unuduldu.Ankamlr kiŞheç nıə unudulmur.Səni müdafiə etdilər,yığıqlarınını özündə qalmasıı üçütoxunmayıb.sadəə ABŞ-da yer etdilər.u

Firudin 2021-02-18 13:56:31

Rəsul demək istəyir ki,"özümdən betərinə rast gəlməmişəm".Onu düz başa düşün.

Oxucu 2021-02-18 09:48:17

SSRİ büdcəsinə böyük pullar qazandıran Sumqayıt kimya kompleksini darmadağın etdirib, metallom kimi su qiymətinə satdıranın bu cür fikirlər söyləçəyə haqqı yoxdur. Əbdürrəhman Vəzirov deməli: "Xvatit bandit"

noqteleri oxuyanlara alqishlar 2021-02-17 17:09:32

Hormetli oxucular, duzgun tenqid edirsiniz vezifede oturan memurlari rushvetxorluqa gore, amma, susursunuz ve qorxursunuz ifsha etmeye bezi selahiyyetli oqrubashlarini, hansilar ki, satirlar vezifeleri. Her vezifeli memurun " faiz payi " var, " sadiq " ohdeliyi var......., her kes bilir ki, ...........

Fuad 2021-02-17 10:34:06

Sen kanasan ozude naturalniy. Indi haci olmusan. Azernaycanda demir galmadi butun gohumlarin Range Roverde gezirdi. Indi

Eli 2021-02-17 00:15:45

Mence elde olunmuş bu böyük tarixi Qelebe ve nailiyyetleri letaqetle axıra qeder. qorumslı ve Milli birliye tam nail olmalyıq.Birlik olan yerde ceyir de bereket de Dövlet de dövletçilşk de olacaqGelin biz özümüzden melek başqalarsında iblis şeytan füzeltmeyek onsuz da gec tez her kes öz emelinin cavabınk alacaq ya bu Dünyada ya da Axiretde

Eli 2021-02-17 00:02:55

Bizi bir Dövlet bir Millet olaraq qarşıda böyük meselelerin probldmlerin helli gözleyir bşz bir yumruq kimi bir neferin Ali baş komandaanın prezidentib etrafında bir yumruq kimi birleşib butun bunların hell olmasına nail olmalıyıq.Biz hamimiz ayaqqabısı olmayan ancaq son qepihini Qarabağa yardım fonduna gönderen Şekili kişi kimi olmalyıq neinki 2000 manat fonda verib dolanmaq çetindir deyen Ziyalar olmayaq

Eli 2021-02-16 23:30:14

Bize bu gün bu tarixi meqamda Ümummülli Birlik lazımdır semimiyyet lazımdır milli menafei şexsi menafelerden üstğn tütmağı bacaran qeretli Kişiler Oğullar lazımdır qanından canından var dövletinin itirilmesinden qorxmayıb xalq Veten yolunda serf edenler lazımdır

miri 2021-02-16 22:36:51

Oğurladığı pulların bir hissəsi ilə dövlət çevrilişini maliyyələşdirən birinin digər oğrulara "dərs deməsi" ancaq analoqsuz yerdə ola bilər. Bu yer isə ancaq Azərbaycan olar.

ejder 2021-02-16 21:49:58

VAXT VARDI ERMENI RAMIZIN IQRUWKALARI IDINIZ,HA HA HA BES BAWQA TOY EDEN NATEMIZLAEIN ADLARINI HIYE CEKMIRSINIZ,ONLARDA VURULAN KIMI,BAWLARSINIZ YALTAQLIQA.BUDUR

Eli 2021-02-16 20:46:38

Mence o da melek olmayıb her halda qohum qardaşlarının adına firmalar açıb ve zavod mehsıllarının kommerditadımda müeyyen vesaitler elde etmemiş deyil.Ancaq o bunların hamısından çox savadlı olub ve öence bunlar qeder Alkahsuz koorupsioner olmayıb.Bu subyektiv fikirdir ve ola biler ki men nedese sehv efirem ancaq indiki memurlar tarixde görünmemiş rekordlara imza atıblar belke düşmen heç bele talançı olmaz ki bunlar olub

Eli 2021-02-16 20:40:41

Resul Quluyevin defdiyi çoxsaylı mükafatlar ve ixtiralar meselesi düzdür men bildiyim qederq o uzun müddet neftayırma zavıdunds mühendis vezifesinden tutmuş zavod direktoruna kimi işledi.Men eşitdiyime göre o hemişe heqiqeten en yüksek mükafatları -20 min rubl alıb Mence o da

Məhəbbət 2021-02-16 20:02:57

Hörmətli AzPolitika.az Sizə dərin təşəkkürümü bildirirəm.Sağ olun, var olun ki, ən önəmli məlumatları dərc edərək biz oxuculara çatdırırsınız.

Məhəbbət 2021-02-16 20:00:33

Ay Rəsul heç utanırsan? Heç vicdan əzabı çəkirsən? Axı sən də nəsilin də Azərbaycan torpağında dünyaya göz açmısınız, Azərbaycanın çörəyini yemisiniz. Bir az cəsarətli ol,lərzə gəl,vicdanını topla və Respublikanın iqtisadiyyatının bu ağır günüündə Azərbaycandan taladığın milyardlardan heç olmasa 5(beş) milyardını Azərbaycanın azad olunmuş QARABAĞ bölgələrinə köçür. Bəlkə Allah səni əfv edər. Allah səni əf etsə cənab Prezident də sənin bütün olub keçənlərini bağışlayar. Bax onda ömrünün son çağlarını Vətənində yaşaya bilərsən. Unutma ki, Vətən Vətəndir.

Məhəbbət 2021-02-16 19:52:27

Ay Rəsul heç olmasa sən danışma da. Ayıbdı axı Bir zamanlar Neft Emalı Zavodunu talayan,nefti ermənilərə satan, Neft istehsalı sahələrində olan zavodlara öz adamlarını təyin edən və zavodlardan milyardları mənimsəyən, sonradan MM sədri ola ola milyadları yığıb Xarici banklarda yatıran Rəsul sən deyilsənmi?

Samir 2021-02-16 18:31:59

birinci səndən başlamaq lazimdir, sonra digər nazirlərdən, hamınız milyonları mənimsəmisiniz. Hamısını həbs edib , əmlaklarını dövlətə verilməlidir

Azərneftyağ 2021-02-16 18:00:30

Rəsul da az oğurlamayıb.O kimə dərs verir. Elə ondan başlamaq doğru olart

Səid 2021-02-16 13:35:33

Görəsən sənin sovet hakimiyyəti dövründə və müstəqillik dövründə Azərbaycandan oğurladıqlarını hara xərcləyib?! Bəsdir artıq bu milləti ələ saldınız!

Veteran 2021-02-16 13:22:10

Bunları GÜLLƏLƏMƏK yumşaq cəza olardı.

Mubariz 2021-02-16 12:51:35

Düzü mən də sənin kimi iki üzlünü görmədim

Əfqan 2021-02-16 12:11:02

Xa-Xa-xa Tüylərim ürpəşdi .

Mehdi 2021-02-16 11:44:43

Neçə deyərlər, kor kora laq eləməsə baqri catlayar.Sənin özun o vaxt burdan apardiqin bir milyard,indiki pulun 10 qati idi.Sən nə məsləhet verirsenki .Haminiz bir bezin qiraqisiniz.Guya bu,bu milleti cox isteyir.

Son yazılar