Menu

Nigerdə seçki komissiyasının avtomobili seçkilər günü minaya düşüb, ölənlər var

21.02.2021, 22:05
Nigerdə seçki komissiyasının avtomobili seçkilər günü minaya düşüb, ölənlər var

Nigerin Seçki Komissiyasına məxsus avtomobil ölkənin cənub-qərb hissəsində minaya düşərək partlayıb. “Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, partlayış nəticəsində yeddi nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, bu gün Nigerdə prezident seçkilərinin ikinci turunun səsvermələri keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol