RAMİZ MEHDİYEVDƏN DAHA BİR ŞOK QƏRAR - "İnstitutlara məktub göndərərək..."

Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli bildirib. Məlumatda qeyd olunur ki, onlar bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlı olduqlarını bildirirlər:

"Eyni zamanda bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifə icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və "Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar.

Oranı satacaqlarmı, villalarmı tikəcəklər, yoxsa hansısa keçmiş məmurun heyvandarlıq təsərrüfatı üçün örüşəmi çevirəcəklər, bəlli deyil. İstənilən halda əməkdaşlar bağlarının əlindən alınmasının qanunsuz göstəriş olduğu, uzağagedən məqsədlər güddüyü qənaətindədirlər. Onların fikrincə, Ramiz Mehdiyev və onun akademiyadakı dəstəsi hər addımda dövlətə, xalqa ziyan vurmağa çalışır.

Məlumat üçün qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən "Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.

İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur.

Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər.

Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.

Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib, təşəbbüs göstərilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır.

Hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar.

AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların hüquqlarının pozulmasına reaksiya verməyib".

Onu da qeyd edək ki, məlumat doğrudursa, bunun arxasında Məhdiyev və dəstəsinin alimləri də dövlətdən narazı salmaq, etiraz elektoratına çevirmək niyyəti dayanır. 

AzPolitika.info

635x100

Şərhlər

Çoban 2021-02-25 00:43:04

Elmlər akademiyası 1 qəpik xeyri olmayan bir qurumdur

Moshu - ya 2021-02-24 23:22:27

Hormetli cenab Moshu, icaze verin, sizin yazdiqiniz rey , sherhe, hormet ederek, bezi aydinlashdirici , elave ifadeler ile, movqeyinizde chox DUZGUN ISTIQAMETI TAPMAQ UCHUN, size meslehet olunur ki, ESLA ve ESLA, SADELOVH OLMAYIN....Sual olunur, NIYE, INDIKI VAXTDA ????? EHTIMAL OLUNA BILER ki, Rus qoshunlari bu BOSHALDILMISH BAQ ERAZILERINDE , KAZARMA INSHA EDEREK, YERLESHDIRILECEKLER - MESKUNLASHACAQLAR ???????????

EL GUCU , SEL GUCU !!!!!! 2021-02-24 19:44:18

Oz xoshu ile , rus 5 - ci kolon, hokumetde olan kreslodan ayrilmayacaq, lakin , bunlari , XALQ, .....................

Moshu 2021-02-24 19:42:23

Rübai kimi deyə bilməyəcəyəm. Ömər Xəyyamın bir fikri var. Saçın-saqqalın ağ olması ağsaqqal anlamına gəlmir. Bu bizim “akademikimiz” görəsən saçına-saqqalına heç hörmət edirmi və ya nə vaxt edəcək? İnsan nə qədər özünə nifrət qazandırar. Bu adam dəqiq qaşınır. İnsanın bir yaş həddi olur ki, o, yazır, yaradır. O yaş həddi keçəndən sonra hansısa nailiyyətdən söhbət gedə bilməz. “Akademik” bu 30-40 ildə ev yıxmaqdan, ara qarışdırmaqdan, korrupsiya əməllərindən savayı nə iş görüb ki. Bu 44 günlük Vətən müharibəsində hansı hərəkətləri ilə gündəmə gəldi, yaddaşlarda qaldı. Hələ bu qoca çox başlar yeyəcək. Hər xalqın qabaqda gedən insanları, elitası onun ziyalılarıdır, elm xadimləridir. İnciməsinlər məndən, bunlar alim deyillər, bir qrup qoyun sürüsüdür. Alim özünə nə qədər hörmət etməməlidir ki, orta məktəb şagirdinin savadı qədər birisi bu qədər alim korpusunu baş barmağına dolayıb. Bu nə qədər əvəzolunmaz kadrdır ki, onu əvəz edəcək alim yoxdur. “Kor” olan alim məni hansı işıqlığa çıxaracaq? Onun özünü işıqlığa çıxaran lazımdır. Üzümü ölkə başçısına, hörmətli Prezidentimizə tutub xahiş edirəm, yalvarıram, bizim dəyərli alimlərimizi bu yırtıcının əlindən alın. 44 günlük Vətən müharibəsində iqtidarlı-müxalifətli Sizi həqiqətən sevdi, çox istədi. Yalvarıram Sizə bu xalqın Sizə olan ümidini, inamını sarsıtmayın. Elə təsəvvür yarana bilər ki, mən də elm sahəsinin adamıyam, bu sözləri öz maraqlarıma görə yazıram. Əslində belə deyil. “Белое солнце пустыни” –“Səhranın ağ günəşi” filmində belə bir ifadə var “Dövlətə görə ayıbdır” – bəlkə də uğursuz tərcümədir. Hər halda fikrimi çatdırmağa çalışdım

Toxucu 2021-02-24 10:33:24

Biz nə vaxtacan Liberatoların Jirinovskinin canlıları kimi Dağ Keçilərindən əmr gözləcəyik? Niyə, AMEA İHnin iclası çağırılıb lazımsız üzv kənarlaşdırılmır?

OXUCU 2021-02-23 22:31:37

ƏZRAYILA SƏSLƏNİN VƏSSALAM.

Oxucu 2021-02-23 19:51:40

Məmur özbaşnalığına son qoyulmalıdır ?

Roma 2021-02-23 16:42:59

Bəzi insanlara 4-5 hektar ev yox qəsr olar, sıravilərə 10 sot Xızı ətrafında da olmaz, ora gedib çıxmağın özü bir igidlikdir...

vətəndaş 2021-02-23 12:28:57

Siz onu Allaha tapşırın....

t.ədalət 2021-02-23 12:14:30

Deyirəm,bir .....öhdəsindən bütün akademiya alimlərinin gələ bilmədiyini fikirləşəndə,Qarabağda zəfər qazanan ordumuzun nələrə qadir olduğunu təsəvvür etmək çətin deyil.Axı,Ramiz Mehdiyev kimdir?Vətənin müdafiəsinə oğul verməyib,əksinə Rusiya ilə gizli danışmaları minlərlə balalarımızın qətlinə səbəb olub.Axı,bu "Ramiz Anvaroviç"lə nə vaxta kimi məşğul olacağıq?Onun kənarlaşdırılmasının vaxtı deyilmi?Nə vaxta kimi ikinci paşinyanla-R.Mehdiyevlə məşğul olacağıq?Həm "5 kolon",həm fetoçu və həm də bir ....i olmaqdan böyük cinayət varmı?Nədir,bu adam "Azərbaycanın fetullah gülənidir"?

Son yazılar