Azərbaycanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞDİ

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Komitə sədri Ziyafət Əsgərov layihə barədə danışarkən xatırladıb ki, bundan sonra Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət verilməsi nəzərdə tutulur.

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar