ABŞ DD Hindistan-Çin münaqişəsini "diqqətlə izləyir"

Birləşmiş Ştatlar Hindistan-Çin sərhədindəki vəziyyəti diqqətlə izləyir və Ladakx rayonunda orduların geri çəkilməsini alqışlayır.

Bu barədə fevralın 22-də brifinqdə Dövlət Departamentinin (DD) mətbuat xidmətinin başçısı Ned Prays uyğun sualı cavablandırarkən bəyan edib.

«Biz, orduların çəkilməsini diqqətlə izləyirik. Biz, situasiyanın yumşaldılması istiqamətindəki səyləri alqışlayırıq. Tərəflərin sülh tənzimləməsi üzrə necə işləməsindən asılı olaraq, ABŞ vəziyyəti izləməkdə davam edir» - Prays bildirib.

Hindistan və Çin Panqonq-Tso sərhəd gölündən orduların çəkilməsini fevralın 10-da başa çatdırıblar. Ərazi uzanan sərhəd mübahisəsinin episentrində yerləşir.

Hindistan-Çin sərhədindəki Ladakx ərazisində, o cümlədən, Panqonq-Tso gölü rayonunda vəziyyət 2020-ci ilin mayında 250 Çin və Hindistan əsgəri arasında toqquşma yaşanandan sonra gərginləşib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar