Menu

İŞİD-ə ilk ağır zərbə vuruldu

15.10.2014, 22:19
İŞİD-ə ilk ağır zərbə vuruldu

Terrorçuların bir çox mövqeləri bombalanaraq məhv edilib

İraq və Suriyada İŞİD terror qruplaşmasına ağır zərbələr endirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Konamdanlığının (CENTCOM) açıqlamasında bildirilir.

ABŞ qırıcıları Suriya və İraqda İŞİD-in mövqelərinə 23 dəfə hücum edib. Hücumlardan 18-i Suriyada həyata keçirilib, əsasən Kobani şəhərindəki İŞİD mövqeləri bombalanıb.

Açıqlamaya görə, bombardman zamanı İŞİD-in mövqeləri darmadağın edilib, İŞİD-ə aid 16 bina məhv olunub.

İraqda isə Hadisa Barajı şəhəri yaxınlığında İŞİD-ə məxsus silahla dolu maşın karvanı, Beyci yaxınlığında isə 4 hava hücumu nəticəsində terrorçuların bir binası, hərbi texnikası, bir neçə topu məhv edilib.

ABŞ Mərkəzi Konamdanlığının bildirdiyinə görə, bu hücumlar nəticəsində İŞİD-ə ilk dəfə olaraq belə ağır zərbə vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol